Ağdam rayonunda “Gənclərin Könüllülük və İnkişaf Düşərgəsi” layihəsi keçirilib.

“Gənclərin Könüllülük və İnkişaf  Düşərgəsi”   layihəsinin açılış mərasimi    25 oktyabr  2013 – cü il tarixində Ağdam rayonu Quzanlı qəsəbəsində baş tutmuşdur.

Açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədri Amil Cavadov Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədri Amil Cavadov çıxış edərək layihəni açıq elan edib. O, bildirmişdir ki, 60 nəfər gənci bir araya gətirən “Gənclərin Könüllülük və İnkişaf  Düşərgəsi” layihəsi çərçivəsində gənclərin könüllü fəaliyyəti təbliğ olunmaqla yanaşı,  yeniyetmə və gənclərin könüllülük  işinə olan həvəsi  artırılacaq,  onlar üçün xüsusi təlimlər keçiriləcəkdir. Bununla da,  gənclərin könüllü olaraq fəaliyyət göstərməsi onların fərdi inkişaflarına müsbət təsir göstərəcək və eyni zamanda vətəndaş cəmiyyətinin təşəkkülündə ayrılmaz təbəqəyə çevriləcəklər.

Daha sonra çıxış üçün söz Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyevə verilib. O, çıxışında ilk olaraq gəncləri salamladıqdan sonra ilk dəfə Ağdam rayonunda olduğunu və  bundan məmnun qaldığını bildirib. AKİB sədri “Gənclərin Könüllülük və İnkişaf  Düşərgəsi” nin keçirilməsində başlıca məqsədin ölkəmizdə, xüsusilə də, Qarabağ regionunda gənclərin könüllü fəaliyyətinin həvəsləndirilməsinə nail olmaq, könüllülər şəbəkəsinin yaradılmasına töhfə vermək, beynəlxalq könüllülük proqramlarını təbliğ etmək və ölkəmizdə tətbiq etməkdən ibarət olduğunu xüsusilə qeyd edib.

Qeyd edək ki, layihədə müxtəlif regionlardan  gənclər iştirak ediblər. Layihənin ilk günündə gənclərə “Könüllülük”, “Könüllülüyün mahiyyəti”, “Necə könüllü olmaq olar?”,  “Fərdi inkişaf” və s. mövzularda təlimlər keçirilmişdir. Təlimlər zamanı nəzəri biliklər verilməklərə yanaşı, praktiki məşğələlərə də üstünlük verilmişdir.

Layihənin 2 – ci günü gənclərə “şəbəkələşmə”, “liderlik”, “ritorika” və s. kimi mövzularda təqdimatlar keçirilib. Təlimlərin sonunda ekspertlər iştirakçılarını sualları cavablandırmış və onlara öz məsləhətlərini veriblər.

Sonra gənclər komanda işinə cəlb olunublar və onlar arasında müsabiqə və yarışlar keçirilmişdir və qalib gələn komanda təşkilatçılar tərəfindən hədiyyə ilə mükafatlandırılıblar.

3 gün davam edən layihənin son günü əyləncəli oyunlarla davam edib  və sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

Məlumat üçün bildirək ki, 25 – 27 oktyabr 2013 – cü il tarixlərində keçirilən “Gənclərin Könüllülük və İnkişaf Düşərgəsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi , Azərbaycan Könüllülər İctimai Birliyinin dəstəyi və “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən Ağdam rayonunda keçirilib.

Share