14-21 aprel 2013-ci il tarixləri arasında Yunanıstanın paytaxtı Afina şəhərində “Hellenic Association of İnformatics” təşkilatının təşkilatçılığı ilə “Argonaytes” adlı layihə keçirilmişdir.
11 ölkədən 30 nəfər iştirakçının qatıldığı layihədə Azərbaycan Könüllülər İctimai Birliyini təşkilatın sədri İmaməddin Quliyev təmsil etmişdir.
Layihənin keçirilməsində əsas məqsəd 11 ölkəni təmsil edən QHT-lər arasında yeni əlaqələr qurmaq, gənclər arasında vətəndaşlıq hüququ anlayışına yanaşma tərzi və onun gənclərə təsiri, həmçinin bu hüququn necə inkişaf etdirilməsindən ibarət olmuşdur.
“Argonaytes” adlı layihə çərçivəsində müxtəlif təlim-seminarlar keçirilib, gənclər öz aralarında fikir mübadiləsi aparıb və öz təcrübələrini digər gənclərlə bölüşmüşlər
Layihədə müxtəlif ölkələri təmsil edən gənclər təşkilatlarının sədrləri və nümayəndələri iştirak ediblər. Bu müddət ərzində təmsil olunan təşkilatların sərgisi keçirilmişdir ki, Azərbaycan Könüllülər İctimai Birliyi də öz stendi ilə çıxış etmişdir. AKİB sədri iştirakçılara təşkilatın məqsədi, fəaliyyəti və gələcək planları haqqında məlumat vermişdir.
Daha sonra iştirak edən ölkələrin mədəniyyət gecələri təşkil edilmişdir. Azərbaycanın mədəniyyət gecəsində öz zəngin mədəniyyəti ilə yüksək səviyyədə təmsil olunmuşdur. Ölkəmizin milli musiqiləri, rəqsləri, yeməkləri, içkiləri iştirakçılar tərəfindən xüsusi maraqla izlənmişdir.
Xatırladaq ki, layihə “Gənclər Fəaliyyətdə” proqramının 3.1.2 bəndinə uyğun olaraq həyata keçirilmişdir.