AKİB FIFA U-17 Qadınlararası Dünya Çempionatına  öz könüllüləri ilə dəstək oldu.

AKİB Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışmaqdadır. Üzvlərimiz ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edirlər.

22 sentyabr – 13 oktyabr 2012-ci il tarixləri arasında baş tutan FIFA U-17 Qadınlararası Dünya Çempionatına “Azərbaycan Könüllülər” İctimai Birliyi   30 nəfər  könüllüsü ilə dəstək oldu.

Bildiyiniz kimi, FIFA U-17 Qadınlararası Dünya Çempionatı tarixdə üçüncü dəfə keçirildi və bu tədbirə Azərbaycan ev sahibliyi etdi.  Çempionatda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edirdi. Bu, Azərbaycanda keçiriləcək ilk FİFA tədbiridir və Avrasiyada baş tutan ilk U-17 qadınlararası çempionatıdır.

Share