AKİB güləş üzrə dünya çempionatına öz könüllüləri ilə dəstək olacaq.

Avqustun 21-27-də Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçiriləcək. Yarışda dünyanın 40-a yaxın ölkəsinin idmançılarının iştirakı gözlənilir. “Azərbaycan Könüllülər” İctimai Birliyi də bu çempionatın təşkilində iştirak etmək üçün könüllülərin qəbulunu elan etmişdir. Təşkilatın keçirdiyi online qeydiyyat vasitəsilə 100 nəfərdən çox gəncin könüllülük üçün müraciəti qəbul olunmuşdur.  Qəbul olunan müraciət formalarına ilkin baxışdan sonra müraciət edənlər 10-15 avqust 2012-ci il tarixləri arasında təşkil olunmuş könüllülər üçün müsahibə mərhələsinə çağırılmışlar.

Müsahibə mərhəlisində xarici dil bilikləri, ünsiyyət bacarığı, intellektual səviyyəsi, dünya görüşü və digər xüsusiyyətlərə görə fərqlənən 20 nəfər gənc çempionatın təşkilində könüllü olmaq şansını qazanmışdır.

Share