AKİB sədri Yunanıstanda keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək.

  14-21 aprel  2013-ci il tarixləri arasında Yunanıstanın paytaxtı Afina şəhərində “Hellenic Association of İnformatics” təşkilatının təşkilatçılığı ilə “Argonaytes” adlı layihə keçiriləcəkdir.

  11 ölkədən 30 nəfər iştirakçının qatılacağı layihədə  Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev təmsil olunacaq.

  Layihə “Gənclər Fəaliyyətdə” proqramının 3.1.2 bəndinə uyğun olaraq həyata keçirilir.

  Layihənin keçirilməsində əsas məqsəd 11 ölkəni təmsil edən QHT-lər arasında yeni əlaqələr qurmaq, gənclər arasında vətəndaşlıq hüququ anlayışına yanaşma tərzi və onun gənclərə təsiri və həmçinin bu hüququn necə inkişaf etdirilməsindən ibarətdir.

  Layihə çərçivəsində müxtəlif təlim-seminarlar keçiriləcək, gənclər öz aralarında fikir mübadiləsi aparacaq və öz təcrübələrini digər gənclərlə bölüşəcəkdir.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir