AKİB nümayəndələri ölkəmizi Polşada təmsil ediblərAKİB nümayəndələri ölkəmizi Polşada təmsil ediblər

09 – 16 sentyabr 2013 – cü il tarixləri arasında Polşanın Qdansk şəhərində “KREATYWNY START” adlı layihə keçirilmişdir. Avropa İttifaqının Gənclər fəaliyyətdə proqramı çərçivəsində keçirilən tədbirdə 10 ölkədən Polşa, Litva, Rumıniya, İtaliya, İspaniya, Estoniya, Yunanıstan, Ukrayna, Gürcüstan və Azərbaycandan olan təşkilatlar bu layihənin tərəfdaş olaraqr iştirak ediblər.

30 iştirakçı və ekspertlərin iştirak ilə baş tutan tədbirdə ölkəmizi Azərbaycan Könüllülər İctimai Birliyinin 5 aktiv üzvü Anar Bayramov, Nahid Quliyev, Gülnar Mirmövsumova, Nail ƏhmədovAqşin Nəbiyev  təmsil ediblər.

Layihənin keçirilməsində əsas məqsəd mədəniyyətlərarası qeyri-formal təhsil metodlarından istifadə, beynəlxalq layihələrin yazılması və gənclər mübadiləsi proqramlarının hazırlanmasından ibarət olub.

Layihə çərçivəsində müxtəlif təlim-seminarlar keçirilib, gənclər öz aralarında fikir mübadiləsi aparıb və öz təcrübələrini digər gənclərlə bölüşmüblər. Bu müddət ərzində təmsil olunan təşkilatların sərgisi keçirilmişdir ki,  Azərbaycan Könüllülər İctimai Birliyi də öz stendi ilə çıxış etmişdir. AKİB fəalları iştirakçılara təşkilatın məqsədi, fəaliyyəti və gələcək planları haqqında məlumat vermişdir.

Daha sonra iştirak edən ölkələrin mədəniyyət gecələri təşkil edilmişdir. Azərbaycanın  mədəniyyət gecəsində öz zəngin mədəniyyəti ilə yüksək səviyyədə təmsil olunmuşdur. Ölkəmizin milli musiqiləri, rəqsləri, yeməkləri, içkiləri iştirakçılar tərəfindən xüsusi maraqla izlənmişdir.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.