AKİB üzvləri beynəlxalq proqramda ölkəmizi təmsil ediblərAVPU members represented our country in the international program

12 -19 aprel 2014 –cü il  tarixlərində Türkiyənin Hakkari şəhərində Avropa Komissiyasının təşkil etdiyi Gənclər fəaliyyətdə proqramının 3.1 Youth Exchanges (gənclərin mübadiləsi proqramı) çərçivəsində  “SHOW YOUR CULTURE THROUGH YOUR OWN LANGUAGE” adlı beynəlxalq layihə keçirilmişdir.

Türkiyə, İtaliya, Gürcüstan, Azərbaycan, Ukraniya, Rumuniya və Polşadan olan təşkilatların tərəfdaşlığı ilə  baş tutan layihədə ölkəmizi Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) və onun üzvləri təmsil ediblər.

7 ölkədən  4 iştirakçı + 1 qrup lideri olmaqla ümumilikdə 35 iştirakçının iştirakı ilə baş tutan layihənin keçirilməsində əsas məqsəd gənclərin aktiv vətəndaşlığını, həmrəyliyi inkişaf etdirmək, Avropa Birliyində ictimai uyğunlaşdırmanı gücləndirmək məqsədilə gənclər arasında dözümlülüyü, fərqli ölkələrdəki gənclər arasında qarşılıqlı anlayışı və xüsusilikdə isə Avropa vətəndaşlığını təşviq etməkdən ibarət olub.

Tədbir zamanı gənclərə dövlətlərarası mədəniyyətin inkişafı, qarşılıqlı mübadiləsi üçün təlimlər keçirilib. Bundan əlavə proqram çərçivəsində gənclərin Hakkari Mədəniyyət və Turizm Mərkəzinin rəhbəri, Hakkari Universitetinin Rektoru ilə görüşmək imkanı əldə ediblər. Hakkari Universitetinin rektoru Əbubəkir Ceylanla görüşdə gənclər ölkələrinin təhsil sistemindən məlumat veriblər. Rektor da gəncləri maraqlandıran sualları cavablandırıb. Sonda Azərbaycandan olan gənclər üzərində ölkəmizin simvolu əks olunan hədiyyəni rektora təqdim edib.

Layihə müddətində ölkələrin  mədəniyyət gecəsi keçirilib. İlk mədəniyyət gecəsini “Bir millət iki dövlət olan” Azərbaycan və Türkiyə təqdim edib. Günün sonu gənclər tariximiz, mədəniyyətimiz və dilimizə aid təqdimat keçirib, ölkəmizin simvolları, mətbəximizin müxtəlif təamlarını layihə iştirakçılarına nümayiş olunub və onlar haqda geniş məlumat verilib.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.