Azad Rəhimov və Əli Həsənov “Baku Ekspo” sərgisində iştirak ediblər.

Könüllü fəaliyyətlərinə görə “Azərbaycan Könüllülər” İctimai Birliyinin üzvlərinə şəhadətnamələr təqdim olunub.

28- 30 noyabr tarixlərində “Baku Ekspo” sərgi kompleksində Gənclər təşkilatlarının IV Respublika sərgisi keçirilmişdir ki, “Azərbaycan Könüllülər” İctimai Birliyi (AKİB) də bu sərgidə aktiv iştirak edib.

Sərgi müddətində ziyarətçilər AKİB -in fəaliyyəti ilə tanış olmaqla yanaşı, təşkilatın Mədəniyyət və İncəsənət departamenti tərəfindən təşkil olunan, gənc istedadların ifasında musiqi əsərləri dinləmək şansı var idi. Bu da ziyarətçilərin böyük marağına səbəb olub.

Eyni zamanda sərgi zamanı Bakıda keçirilən “Yeniyetmələr arasında Sərbəst, Yunan-Roma, Qadın və Çimərlik Güləşi üzrə Dünya Çempionati” və “FIFA U-17 Qadınlararası Dünya Çempionatında” aktiv iştirak edən “Azərbaycan Könüllülər” İctimai Birliyinin üzvlərinə şəhadətnamələr təqdim olunub.

30 noyabr tarixində Azərbaycan gənclər və idman naziri Azad Rəhimov və Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov sərginin pavilyonları ilə tanış olublar. “Azərbaycan Könüllülər” İctimai Birliyinin prezidenti İmaməddin Quliyev onlara təşkilatın fəaliyyəti, keçirdiyi layihələr və könüllərin böyük tədbirlərdə qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.

Cənab nazir və Prezident Administrasiyası şöbə müdiri “Azərbaycan Könüllülər” İctimai Birliyinin fəaliyyətində uğurlar arzulayıb.

Share