Azərbaycan Könüllülər İctimai Birliyinin Gənclər Fonduna təqdim etdiyi layihəsi qalib oldu.

25 iyul 2012-ci il tarixində  “Kempinski Hotel Badamdar”-da  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun ilk qrant müsabiqəsinin nəticələri elan edilmişdir. Fondun müşahidə şurasının qərarına əsasən təqdim edilən 127 layihədən 104 layihə seçilmişdir. Qalib layihələr sırasında Azərbaycan Könüllülər İctimai Birliyinin A kateqoriyası üzrə təqdim etdiyi “Gənclər fəaliyyətdə” layihəsi də vardır.

 Bu layihənin keçirilməsində məqsəd “Gənclər Fəaliyyətdə” beynəlxalq proqramının imkanlarından istifadə edərək Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsini həyata keçirir ki, bu da ali təhsil müəssisələrində təhsil alan gənclər, regionda yaşayan gənclər və QHT – lər üçün Avropa Komissiyasının “Youth in Action” (Gənclər Fəaliyyətdə) proqramının mahiyyəti, iş prinsipi və fəaliyyət istiqamətlərinə dair təlim kursunun keçirilməsi və proqramla işləmək bacarıqlarını öyrətməkdir.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir