Azərbaycan Gənclər Fondunun ikinci qrant müsabiqəsinin nəticələri açıqlandı.

2012-ci il dekabrın 26-dan 2013-cü il fevralın 15-dək elan edilmiş ikinci qrant müsabiqəsi çərçivəsində ,  A kateqoriyası üzrə 147, B kateqoriyası üzrə 34, C kateqoriyası üzrə 74 layihə (cəmi 255 layihə) Müşahidə Şurasının müzakirəsinə təqdim olunmuşdur. Müzakirələr nəticəsində Müşahidə Şurası A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir.

Qalib layihələr sırasında Azərbaycan Könüllülər İctimai Birliyinin A kateqoriyası üzrə təqdim etdiyi “Mənim peşəm” festivalı layihəsi də vardır.

“Mənim Peşəm” festivalının  keçirilməsində əsas məqsəd region gənclərinin aktiv sosial inteqrasiyasını təmin etmək, peşə sahəsində fəaliyyət göstərən aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da təkmilləşdirmək və onların sosial aktivliyini artıraraq beynəlxalq inteqrasiyanın təşkilinə şərait yaratmaqdan ibarətdir.

Ətraflı http://youthfoundation.az/2ciqrant/

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir