AKIB LOGOI. ÜMUMİ MÜDDƏALAR

1.1.  Azərbaycan Könüllülər İctimai Birliyi (bundan sonra – Birlik adlandırılacaq) Azərbaycan Respublikasımn vətəndaşlarınm mənafe ümumiliyi, könüllülük. üzvlərin hüquq bərabərliyi, özünü müstəqil idarə edən və demokratik prinsiplər əsasında yaratdıqları, könüllülük işi ilə məşğul olan qeyri-hökumət təşkilatıdır.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasımn Konstitusiyası, qanunları, qüvvədə olan digər normativ – hüquqi aktlar, beynəlxalq hüquq normaları və bu Nizamnamə əsasında qurur və fəaliyyəti ölkənin bütün ərazisini əhatə edir.

1.3. Birlik hüquqi şəxs olub müstəqil balansa. əmlaka, möhür və ştampa, emblemə, banklarda hesablaşma hesabına və digər rekvizitlərə malikdir.

1.4. Birlik müstəqil olaraq beynəlxalq ictimai qurumlarla əməkdaşlıq edə, onlara üzv ola, qüvvədə olan qanunvericiliklə qadağan olunmayan saziş və müqavilələr imzalaya bilər.

1.5. Birlik Azərbaycan Respublikasının ərazisində filiallar yarada, nümayəndəliklər aça bilər.

1.6. Birlik öz adından müqavilələr bağlaya, əmlak və qeyri-əmlak hüquqlarını əldə edə, qanunvericiliklə göstərilən vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış edə bilər.

1.7. Birliyin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, M.Əmirov küçəsi 32, mənzil 38

II. BİRLİYİN MƏQSƏDİ VƏ FƏALİYYƏT FORMASI

2.1. Birliyin yaradılmasında əsas məqsəd Azərbaycanda humanitar məqsədli könüllülük hərəkatını işni inkişaf etdirmək, cəmiyyətin qarşılaşdığı problemlərin həllinə, insanların rifah halının yüksəldilməsinə kömək etməkdir.

2.2. Birliyin vəzifələri və əsas fəaliyyət sahələri aşağıdakılardan ibarətdir:

  • Azərbaycanda əhalinin diqqətini könüllülük işinə cəlb etmək və onlara təmənnasız olaraq xidmət göstərmək, xeyirxahlıq etmək üçün şərait yaratmaq;
  • könüllü gənclərin cəmiyyətin qarşılaşdığı problemlərin həllinə cəlb edilməsi;
  • könüllü gəncləri ətraf mühitin təmizliyinin bərpa edilməsinə cəlb etmək, şəhərlərimizin yaşıllaşdırılmasına çalışmaq və əhalinin diqqətini mövcud ekoloji problemlərin həllinə yönəltmək;
  • xüsusi qayğıya ehtiyacı olan insanlara sosial, mənəvi və psixoloji yardımın göstərilməsi;
  • könüllülərin hüquqlarının müdafıəsi;
  • sağlam həyat tərzinin təbliğ edilməsi, narkomaniya, AİDS, tütünçəkmə, alkoqol və digər məsələlərə dair maarifləndirmə işinin təşkil edilməsi;
  • ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin dəstəklənməsi;
  • uşaq və gənclərə vətənpərvərlik hisslərinin aşılanması;
  • milli mənəvi və dünyəvi dəyərlərin qorunması;
  • işsiz gəncləri könüllü işə cəlb etməklə onlara vaxtlarını səmərəli keçirməyə və gələcəkdə iş tapmaqda kömək edə biləcək təcrübənin, biliyin qazanılnıasına kömək etmək;
  • Azərbaycanın tarixi abidələrinin təmir edilməsinə, şəhərlərimizin abadlaşdırılmasına könüllülərin cəlb edilməsi;
  • yaradıcı qabiliyyəti olan istedadlı uşaq və gənclərin dəstəklənməsi;
  • könüllülər vasitəsilə Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə təkan vermək;
  • beynəlxalq təşkilatlarda təmsil olunmaq və onlarla əməkdaşlıq etmək.

2.3.  Birlik bu nizamnamə ilə qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı formalarda fəaliyyət göstərir:

  • Xaricidövlətlərdə fəaliyyət göstərən müxtəlif ictimai birliklər, qurumlarla əlaqə qurmaq və onlarla birlikdə layihələr həyata keçirmək;
  • elmi araşdırmalar, sosioloji sorğular keçirmək, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, xeyriyyə marafonları, forumlar. festivallar, aksiya, mədəni kütləvi və s. tədbirlər keçirmək;
  • xüsusi qayğıya ehtiyacı olan insanlar üçün xarici dil, kompüter, təcrübə kursları təşkil etmək;
  • məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq. qanunvericiliyə müvafiq qaydada kütləvi informasiya vasitələri. mətbu orqanları təsis etmək;

2.4. Birlik habelə dünya ölkələrində fəaliyyət göstərən, onun məqsəd və mənafelərinə zidd olmayan tədbirlərə heç bir məhdudiyyət qoyulmadan qoşula bilər.

2.5. Birlik qanunla qadağan olunmayan və bu nizamnamə məqsədlərinə uyğun olan bu və ya digər humanitar layihələr həyata keçirə bilər.

2.6. Birlik Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qadağan edilməyən və bu Nizamnamədə nəzərdə tutulan məqsədlərə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

 III. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ. ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

3.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fıziki şəxslər ola bilərlər.

3.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı mü-nasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

3.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) Birliyin üzvü ola bilər. Birliyin təsisçiləri, həm də Birliyin üzvləri hesab olunurlar.

3.4. Könüllü kimi fəaliyyət göstərmək və ya üzv  olmaq istəyən şəxs

Birliyin prezidentinə ərizə ilə müraciət edir.

3.5. Üzvlər və könüllülər Nizamnaməni istisnasız olaraq qəbul edir.

3.6. Birliyin üzvlərinin aşağıdakı hüquqları var:

  • birliyin təşkil etdiyi tədbirlərdə iştirak etmək;
  • rəhbər orqanı seçmək və seçilmək;
  • birliyin seçkili orqanlarının və vəzifəli şəxslərinin fəaliyyəti barədə rəhbər orqanlara şikayət ərizəsi vermək;
  • birliyin mənsub olduğu texniki, maliyyə və s. imkanlarından istifadə etmək;
  • onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən istirak etmək, izahat vermək, etirazını bildirmək və şikayət etmək.

3.7. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

  • birliyin Nizamnaməsinə, həmçinin əxlaq normalarına və peşə etikası normalarına əməl etmək;
  • rəhbər orqanların qəbul etdiyi qərarlara əməl etmək;
  • üzvlük haqqını vaxtında ödəmək.

3.8. Birliyin üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

3.9. Birliyin üzvlüyünə aşağıdakı hallarda xitam verilir:

  • könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
  • birliyin üzvlüyündən çıxarıldıqda.

3.10. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

  • Nizamnaməyə zidd fəaliyyətlə məşğul olduqda;
  • mütəmadi olaraq birliyin işində iştirak etmədikdə;
  • könüllü hərəkatına ziyan vuran hərəkətlərə yol verdikdə.

3.11. Birliyin üzvlüyündən  xaric edilmə haqqında qərar  İdarə Heyəti tərəfindən qəbul edilir.

3.12. Birliyin üzvlüyündən çıxarılma barədə qərardan Ümumi Yığıncağa və məhkəməyə şikayət verilə bilər.

IV. BİRLİYİN İDARƏOLUNMASl

4.1.  Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

4.2. Yığıncaq     Birlik     üzvlərinin     2/3-dən     çoxu     iştirak     etdikdə səlahiyyətlidir.

4.3. Ümumi Yığıncaq:

  • birliyin Nizamnaməsini qəbul edir və ona dəyişikliklər edir;
  • Birliyin əmlakının formalaşma və istifadə prinsiplərini müəyyən edir;
  • Birliyin icra orqanlarını yaradır, İdarə Heyətini, Prezidenti və vitse-prezidenti seçir və onların səlahiyyətlərini vaxtından əvvəl dayandırır;
  • Birliyin illik hesabatını təsdiq edir;
  • birliyin rəhbər orqanlarının hesabatlarını dinləyir və qiymət verir;
  • birliyin fəaliyyət istiqamətini müəyyən edir;
  • Birliyi yenidən təşkil və ləğv edir.

4.4. Ümumi Yığıncaqda qərarlar iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir.

4.5. Nizamnaməyə dəyişiklik və əlavələr edilməsi, həmçinin, Birliyin yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar 2/3 səs çoxluğu ilə qəbul edilir.

4.6. Ümumi Yığıncaq İdarə Heyətinin, təsisçilərdən birinin və ya üzvlərinin 1/3 hissəsinin təşəbbüsü ilə çağırılır. Yığıncağın çağırılmasına bir az əvvəl üzvlərə bildirişlə xəbər verilir.

4.7. Ümumi Yığıncaqlararası dövrdə Birliyin ümumi fəaliyyətinə Idarə Heyəti rəhhərlik edir.

4.8. İdarə Heyəti Birliyin Prezidenti, vitse-prezidenti və Ümumi Yığıncaq tərəfindən 2 il müddətinə seçilən beş üzvdən ibarətdir. İdarə Heyətinin sədri birliyin Prezidentidir.

4.9. İdarə Heyəti:

  • birliyin cari fəaliyyəti ilə bağlı qərarlar qəbul edir;
  • birliyin filiallarını və nümayəndəliklərini yaradır;
  • üzvlər qəbul edir və üzvlükdən azad edir;
  • üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir;
  • qərarlar sadə səs çoxluğu ilə qəbul edilir;
  • Birliyin bölgələrdə nümayəndəlik və filiallarının fəaliyyətini tənzimləyən qərarlar qəbul edir.

4.10. Mərkəzi Nəzarət – Təftiş Komissiyası (MNTK) Ümumi Yığıncaq tərəfindən 2 il müddətinə seçilən 3 üzvdən ibarətdir. MNTK-nın üzvləri öz aralarından sədr seçirlər.

4.11. MNTK-nın sədri İdarə Heyətinin iclasında müşahidəçi kimi iştirak edir.

4.12. MNTK:

  • rəhbər orqanlarının fəaliyyətinin və təşkilatın işinin nizamnaməyə uyğunluğuna nəzarət edir;
  • Ümumi Yığıncaq qarşısında hesabat verir.

4.13. MNTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

4.14. Birliyin Prezidenti:

  • təşkilatın işinə rəhbərlik edir;
  • birliyi təmsil edir, İdarə Heyətinin müsbət rəyini almaqla Birliyin adından müqavilələr bağlayır, pul vəsaitləri də daxil olmaqla birliyin əmlakı üzərində sərəncam verir;
  • Birlikdə işçi qruplar, departamentlər və digər qurumlar yarada bilər;
  • təşkilatdaxili strukturlara rəhbərliyi təyin edir;
  • birliyin cari fəaliyyətinə aid məsələlər üzrə əmr və sərəncamlar verir;
  • bank hesabını açır, işçilər işə qəbul edir və işdən azad edir.

4.15.  Birliyin Vitse-prezidenti:

•        prezident olmadıqda onu əvəz edir;

•        Birliyin   cari   icra   işlərinə   rəhbərlik   edir,   Prezidentin   qərar   və tapşırıqlarını yerinə yetirir.

V. BlRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

5.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, in-ventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

5.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

5.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

  • təsisçilərin və ya  Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
  • idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;
  • səhmlər,   istiqrazlar,   başqa   qiymətli   kağız   və   əmanətlərdən   alınan dividendlər, gəlirlər;
  • öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
  • qrantlar;
  • sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
  • təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
  • qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.

5.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayn obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

5.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafıq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

5.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

5.7. Birlik Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

5.8.  Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

VI. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

6.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

6.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir, Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarma əsasən həyata keçirilir.

VII. DİGƏR ŞƏRTLƏR

7.1.  Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

7.2. Gələcəkdə   bu   Nizamnamənin   müddəaları   qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tədbiq edilir.