AKİB üzvləri güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinə dəstək olub.

22-24 noyabr 2013 –cü il tarixləri arasında Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçirilmişdir.

Azərbaycan Könüllülər İctimai Birliyi də bu çempionatın təşkilində öz  könüllülərilə dəstək olub.

Qeyd edək ki,   AKİB  güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirində çalışacaq könüllülərin qəbulunu elan etmişdir və təşkilatın keçirdiyi online qeydiyyat vasitəsilə 100 nəfərdən çox gəncin könüllülük üçün müraciəti qəbul olunmuşdur.  Qəbul olunan müraciət formalarına ilkin baxışdan sonra müraciət edənlər 07-08 noyabr 2013-ci il tarixləri arasında təşkil olunmuş könüllülər üçün müsahibə mərhələsinə çağırılmışlar.

Müsahibə mərhəlisində xarici dil bilikləri, ünsiyyət bacarığı, dünya görüşü və digər xüsusiyyətlərə görə fərqlənən 15 nəfər gənc çempionatın təşkilində könüllü olmaq şansını qazanmışdır.

Share