AVPU Winner of Award for Successful Development

2 fevral –Gənclər günü” münasibəti ilə 5 fevral tarixində “Buta Palace” da Gənclər və İdman Nazirliyi tərəfindən elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı gənclərin stimullaşdırılması məqsədilə mükafatlandırma mərasimi keçirildi.

Mərasimdə elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış 6 istedadlı və yaradıcı gəncə Prezident mükafatı , ötən ildəki uğurlu fəaliyyətinə görə 25 gəncə mükafat verilməklə yanaşı  2013-cü ildəki uğurlu fəaliyyətinə görə bir sıra gənclərin qeyri-hökümət təşkilatları və tələbə gənclər təşkilatları da təltif edilib.

Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) də 2013-cü ildə uğurlu fəaliyyətinə görə 2 fevral – Azərbaycan gəncləri günü münasibətilə mükafatlandırıldı. Mükafat Birliyin sədri İmaməddin Quliyevə təqdim olunmuşdur.

Xatıradaq ki, AKİB artıq 13 ildir ki fəaliyyət göstərir. Avropa Şurasının qərarı ilə Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) 2005-ci ilin nəticələrinə görə Avropa Gənclər Mükafatı (European Youth Award) ilə təltif edilməklə Avropada ilin gənclər təşkilatı olmuşdur.

  Son 1 ərzində 10 – a yaxın layihənin müəllifi olmaqla yanaşı bir sıra layihələrədə tərəfdaş olaraq dəstək olub.

Xüsusilə, həyata keçirilən layihələrdən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” və “Qarabağ 99 Sualda” adlı layihələrini qeyd etmək olar. 100 nəfər gənci bir araya gətirən “Azərbaycan Gənclərinin I Könüllülük Forumu”nun keçirilməsində əsas məqsəd aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qrupların yaradılmasını və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyasını təmin etmək, peşəkar mütəxəssislərin təcrübələrini iştirakçılara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarət olub. “Qarabağ 99 Sualda” adlı layihə Qarabağ və Qarabağ münaqişəsiylə əlaqəli Azərbaycan reallıqlarının qeyri-ənənəvi üsullarla öyrənilməsi, təbliğ olunması və dünya ictimaiyyətinə effektiv metodlarla çatdırılmasından ibarətdir. Bundan əlavə, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Mənim Peşəm Festivalı” və “Gənclər üçün müasir jurnalistika məktəbi” layihələrini qeyd etmək istərdik.

7-9 avqust 2013-cü il tarixlərində keçiriləv və 50 nəfər gənci bir araya gətirən “Mənim Peşəm Festivalı” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin aktiv sosial inteqrasiyasını təmin etmək, peşə sahəsində fəaliyyət göstərən aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da təkmilləşdirmək və onların sosial aktivliyini artırmaqdan ibarət olub.

16 – 19 noyabr 2013 – cü il tarixlərində keçirilən “Gənclər üçün müasir jurnalistika məktəbi” layihəsinin əsas məqsədi fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, onların internet jurnalistikaya olan marağını artırmaq və gənclərin yeni media vasitələrindən effektiv istifadə etməsi ilə bağlı onların fəallığını artırmaqdan ibarət olub.

AKİB Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışmaqdadır.

 AKİB beynəlxalq layihələrə də xüsusi önəm verir. 2013 – cü il ərzində Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində 14-21 aprel  2013-ci il tarixləri arasında Yunanıstanın paytaxtı Afina şəhərində “Hellenic Association of İnformatics” təşkilatının təşkilatçılığı ilə “Argonaytes” adlı layihədə , 12 – 21 avqust 2013–cü il  tarixlərində Estoniyanın Narva-Yesu şəhərində keçiriləcən “Avropa vətəndaşlığı Təhsili: Mənaları, Anlayışları və Tədbirləri” adlı  görüşdə , 09 – 16 sentyabr 2013 – cü il tarixləri arasında Polşanın Qdansk şəhərində “KREATYWNY START” adlı layihəsində AKİB nümayəndələri ölkəmizi və birliyi təmsil etmişdir.

Bununla yanaşı AKİB üzvləri ölkədə və ölkədən kənarda keçirilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində fəal iştirak etməklə yanaşı son 1 ərzində könüllülüklə bağlı bir sıra layihələr həyata keçirib və hal-hazırda da bu istiqamətdə layihələr üzərində çalışmaqla yanaşı digər təşkilatlar tərəfindən keçirilən könüllülüklə bağlı  layihələrə dəstək olur. Bu da gəncləri könüllü olaraq həm yerli, həm də beynəlxalq tədbirlərdə aktivliyi və  marağı günü-gündən artırır.

22-24 noyabr 2013 –cü il tarixləri arasında Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçirilmişdir ki, AKİB in 15 nəfər aktiv üzvü tədbirin təşkilində könüllü olaraq çalışıblar.

Share