“Azerbaijan Golden Kids Awards 2018”  mükafatlandırma mərasimi baş tutacaq.

Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi günündə AZERBAIJAN GOLDEN KIDS AWARDS 2018 uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi təşkil olunacaq.

Layihə Azərbaycan Cümhuriyyətinin 100-cü il yubileyi münasibəti ilə keçirilir.

Layihənin keçirilməsində məqsəd 3-15 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

Aşağıdakı nominasiyalar üzrə qalibləri mükafatlandıracaqlar:

  • Ən yaxşı rəssam
  • Ən yaxşı vokal ifaçı
  • Ən yaxşı pop ifaçı
  • Ən yaxşı pop qrup
  • Ən yaxşı model
  • Ən yaxşı pianoçu
  • Ən yaxşı skripka ifaçısı
  • Ən yaxşı uşaq xoru
  • Ən yaxşı rəqqas
  • Ən yaxşı rəqqasə
  • Ən yaxşı rəqs ansamblı
  • Ən yaxşı aktyor
  • Ən yaxşı aktrisa
  • Ən yaxşı aparıcı
  • Ən yaxşı şahmatçı
  • Ən yaxşı idmançı

Nominantlığını irəli sürən nominantların tanıtım posterləri sosial şəbəkələrdə və mediada aprel və may ayları ərzində yayılacaq.

Layihənin əsas tədbiri, təntənəli Qala gecəsi  2 iyun 2018 – ci il tarixində Nizami Kino Mərkəzində baş tutacaq. Qala gecəsində qaliblər nominasiyalar üzrə mükafatlandırılacaq. Digər iştirakçılar isə fərqlənmə diplomları ilə təltif olunacaq.

Layihədə iştirak etmək istəyənlər 05 may 2018–ci il tarixinə qədər ərizə fomasını dolduraraq öz CV, fotoşəkil və video çarxlarını azerbaijankidsawards2018@gmail.com email  ünvanına göndərə bilərlər.

Qeyd edək ki, layihənin tərəfdaşı Nizami Kino Mərkəzidir. Azerbaijan Golden Kids Awards 2018 layihəsinin təşkilati dəstəkləri MƏN Korporativ brendinq şirkəti, Joy Events, The Secret gift & flower boutique, Strafor Kəsim Mərkəzi, Wedding Art Group, Bright Academy by Flax, Alo Hədiyyələr, informasiya dəstəyi ASAN Radio, Trend.az, Day.az, Milli.az, Azernews.az, 4kids.az, azpress.az saytlarıdır.

Əlaqə:  051 515 14 05

Layihə rəhbəri : Ülviyyə Vəliyeva (Azərbaycan Könüllülər İctimai Birliyi Mədəniyyət və İncəsənət Departamentinin rəhbəri)

Share