Award ceremony for second child nominations for “AZERBAİJAN GOLDEN KIDS AWARDS 2019”

31 may 2019-cu il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət departamentinin təşkilatçılığı ilə “1 İyun uşaqların beynəlxalq müdafiəsi günü”nə həsr olunmuş sayca ikinci dəfə keçirilən “AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutdu.

Tədbiri Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, layihə rəhbəri və Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət Departamentinin rəhbəri Ülviyyə Bəbirli və Bəbir Bəbirli açıq elan etdilər.

Tədbirdə incəsənətin bir çox sahələrindən olan uşaqlar bu illər ərzində əldə etdiyi uğurlara görə 36 nominasiya üzrə “GOLDEN KIDS AWARDS 2019” mükafatını aldılar.

Mükafatlar uşaq və gənclərlə çalışan qeyri-hökümət təşkilatları, təlim tədris nümayəndələri və mədəniyyət və incəsənət xadimləri tərəfindən təqdim olundu. Bu da öz növbəsində balaca istedadlara böyük motivasiya verdi.

Mərasimdə Əliqismət Lalayev, Tünzalə Ağayeva, Elnur Məmmədov, Elza Seyidcahan, Gülnarə Xəlilova, Cənnət Səlimova, Orxan Fikrətoğlu, Bəhruz Vaqifoğlu, Taleh Yüzbəyov, Ayaz Qasımov, Səfa Mehdi, Nahidə Orucova və s. tanınmış insanlar iştirak etdilər.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd 5-16 yaşadək olan uşaq və gənclərin iştirakını təmin edərək onların inkişafına, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

Share