It will be an international project by name “Titanic Affairs” in Hungry

Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) Macarıstanın Gyula şəhərində Avropa Kommissiyasının Erasmus+ proqramı çərçivəsində keçiriləcək “Titanic Affairs” adlı təlim kursuna 6 iştirakçı axtarmaqdadır.

Layihə Adı: Titanic Affairs

Layihə Mövzusu: Yerli və beynəlxalq səviyyədəki gənclik işlərində mədəni çətinliklər

Layihə tarixi: 15-23 May 2015

Layihə Yeri: Gyula, Macarıstan

Layihənin Hədəfləri

– AB Gənclik layihələrinin analiz edilməsi və səhvlərdən nəticə çıxararaq nələrin daha yaxşı edilə biləcəyi üzərində fikirləri inkişaf etdirmək

– Getdikcə qloballaşan dünyada mədəni fərqlərin ünsiyyətin önünə keçməməsi üçün işlər görmək

Portuqaliya, Polşa, Azərbaycan, Gürcüstan, Serbiya, Albaniya və Türkiyədən iştirakçıların yer alacağı təhsil kursu boyunca məşhur təhsil metodları istifadə olunub iştirakçıların ehtiyaclarına uyğun texnikalar formalaşdırılacaqdır. İştirakçıların öyrənmə proseslərinin ən yüksək səviyyəyə çıxarılması üçün təcrübəli təlimçilər tərəfindən yaradıcı və iştirakçı metodlar istifadə ediləcək.

Kimlər müraciət edə bilər?

– 18 25  yaşda olan gənclər;

– Fərqli mədəni təcrübələri olan, gənclərlə çalışan gənclər, 1-ci, 2-ci və 3-cü kurs tələbələri;

– Əlaqə quracaq səviyyədə İngilis dilində danışa bilən şəxslər.

Layihədə iştirak edəcək şəxslərin seçimi zamanı ingilis dilində sərbəst danışan və ölkəmizi təqdim etmək bacarığına malik olan şəxslərə üstünlük veriləcəkdir.

İştirakçıların nəqliyyat xərcləri 360 € ‘ya qədər qarşılanacaq.

Yemə-içmə, yerləşmə və viza xərcləri də 100% nisbətində ödənilir.

Son müraciət tarixi: 23 Mart 2015

Qeyd edək ki, AKİB Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək və Azərbaycan gənclərinin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışmaqdadır. Üzvlərimiz ölkədə və xaricdə keçirilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edirlər.

 Əlaqələndirici şəxs:

Həsən Həsənli (AKİB Beynəlxalq Əlaqələr üzrə Departamentinin rəhbəri)

Email: h.hasanli@avpu.az

Mobil: 0557337630

Diqqət: Qeydiyyat bitmişdir. Layihədə iştriak etmək üçün 60 dan çox müraciət daxil olub. Hal-hazırda ən güclü motivasiyası olan iştirakçılar müəyyən olunur.

Share