AKİB güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinə dəstək oldu.

24-26 noyabr 2016-cı il tarixlərində  Bakı İdman sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçirilib. Yarışda dünyanın 50-dən artıq ölkədən 700-ə yaxın idmançı iştirak edib.

Azərbaycan Könüllülər İctimai Birliyi hər il olduğu kimi bu il də çempionatın təşkilində öz  könüllülər ilə dəstək oldu.

Qeyd edək ki, AKİB  güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirində çalışan könüllülərin qəbulunu elan etmişdir ki,  təşkilatın keçirdiyi online qeydiyyat vasitəsilə 100 nəfərdən çox gəncin könüllülük üçün müraciəti qəbul olunmuşdur.  Qəbul olunan müraciət formalarına ilkin baxışdan sonra müsahibə mərhələsində xarici dil bilikləri, ünsiyyət bacarığı, dünya görüşü və digər xüsusiyyətlərə görə fərqlənən 6 nəfər gənc çempionatın təşkilində könüllü olmaq şansını qazanmışdır.

AKİB Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışmaqdadır. Üzvlərimiz ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edirlər.

Share