“Mobil apps-Azerbaijan” project will take place.

19 aprel 2014 –cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Könüllülər İctimai Birliyi təşkilati dəstəyi ilə “Mobil Apps-Azerbaijan”  layihəsi keçiriləcək.

Gənclər Fondunun elan etdiyi dördüncü qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində keçiriləcək “Mobil Apps-Azerbaijan”  layihəsinin əsas məqsədi gənclərin İT biliklərinin inkişaf etdirilməsi, müasir texnoloji biliklərdən istifadə etməklə ölkəmizi təbliğ etmək və gənclər vasitəsilə Azərbaycanı müxtəlif istiqamətlərdə ən gözəl şəkildə təqdim etmək imkanı yaratmaqdan ibarətdir.

50 nəfərə yaxın gəncin iştırakı ilə baş tutacaq layihə çərçivəsində ənənəvi təbliğat və maarifləndirmə üsullarından fərqli olaraq bu layihədə inkişaf etmiş müasir informasiya texnologiyalarından səmərəli istifadə edərək qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün planşetlərdə, smartfonlarda (android sistemli) istifadə olunacaq proqram tərtib olunmuşdur. Android mobil cihazlarında istifadə olunacaq proqram YouTube kanalına PlayStore-a qoşularaq oradan məlumatları alacaqdır. Bu proqram təminatının üstünlüklərindən biri budur ki, hər hansı xarici vətəndaş bu proqramı istifadə etməklə Azərbaycan haqqında olan digər apps proqramlar, vidoları və s. əsas məlumatları özündə birləşdiriəcəkdir.  Bundan əlavə web service olaraq WCF RestFull  texnologiyasından istifadə edərək bizim işğal altında olan torpaqlar haqqında veb səhifələrin linkləri və Azərbaycanda yazılan proqram (Android) siyahısını dinamik olaraq dəyişiklikləri görmə imkan verəcəkdir. Proqramın ilkin versiyasında idarəetmə paneli müəyyən funksiyonallığı öz üzərinə götürəcək.

İştirak üçün müraciət:

14-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. İştirak üçün müraciət etmək istəyənlər 18 aprel 2014 –cü il tarixinə qədər aşağıdakı ərizə formasını tam doldurub müraciət edə bilərlər.

 Əlaqələndirici şəxs:

Layihə rəhbəri Elçin Məmmədov
Mob: +994506815262
Email: mr.elchin@gmail.com

Share