Modern Journalism School for youth project has been completed.

16 noyabr 2013 – cü il tarixində start götürən “Gənclər üçün Müasir Jurnalistika Məktəbi” 19 noyabr 2013 –cü il tarixində  yekunlaşıb.

Layihənin sonuncu günü “Foto Jurnalistika” mövzusunda olan təlim ilə yadda qalıb. Təlim “AZƏRFOTO” İnformasiya Agentliyinin rəhbəri Ceyhun Abdulla tərəfindən aparılıb.

Təlimin sonunda ekspert iştirakçıların suallarını cavablandırıb və onlara öz məsləhətlərini verib.

100 nəfərə yaxın aktiv gənci bir araya gətirən bu layihədə əsasən natiqlik bacarıqları, “Yeni media və multimedia anlayışı”, “Uğura aparan yol səlis nitqdən başlayır”, sosial şəbəkələrdən səmərəli istifadə, bloqların yaradılması, informasiya texnologiyalarından düzgün istifadə kimi mövzularda olan təlimlər gənclərin “Gənclər üçün müasir jurnalistika məktəbi” layihəsinin əsas predmeti olmuşdur.

Ümumilikdə təlimlərdə praktiki məşğələlərə üstünlük verilmişdir və bu da iştirakçıların böyük marağına səbəb olmuşdur. Təlimlər başa çatdıqdan sonra layihənin bağlanış mərasimi keçirilib və iştirakçılar şəhadətnamələr ilə təltif olunublar.

Qeyd edək ki, 16 – 19 noyabr 2013 – cü il tarixlərini əhatə edən, Azərbaycan Respublikasının  Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi,  Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilati dəstəyi  və  Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən keçirilən “Gənclər üçün Müasir Jurnalistika Məktəbi” layihəsinin əsas məqsədi fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq və internet jurnalistikaya olan maraqlarını yüksəltmək, eyni zamnda gənclərin yeni media vasitələrindən effektiv istifadə etmələri ilə bağlı fəallıqlarını artırmaqdan ibarətdir.

Share