The TOT workshops for volunteers are over.

27 iyul 2019-cu il tarixində Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyilə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində keçirilən könüllülər üçün TOT (Təlimçilər üçün Təlim) seminarlar başa çatdı.

3 gün davam edən təlimlər zamanı iştirakçılara qeyri-təhsil metodlarından isitifadə edərək praktiki təlimlər və qruplar üzrə komanda işləri təşkil olunmuşdur.

Təlimlər AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin nümayəndələri Tural Məhərrəmov, Etibar Qəhrəmanov, Əlibaba Xəlilov və elmi təqdiqatçı, yaşıl bankçılıq layihə rəhbəri Günel Əmrahova tərəfindən keçirilmişdir. Təlimlərin sonunda iştirakçılara layihə rəhbəri, Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev tərəfindən 30 nəfər iştirakçıya hədiyyə və sertifikatlar təqdim olundu.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır.

Eyni zamanda layihə müddətində hazırlanacaq sosial film vasitəsilə könüllülərin ətraf mühiti plastik tullantılardan təmiz saxlamaları və 21 sentyabr 2019-cu il tarixində “Dünya Təmizlik günü”ndə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq ediləcəkdir.

Share