Ümumdünya Təmizlik günü münasibətilə könüllülərin iştirakı ilə  sahilyanı təmizlik kampaniyası keçirildi.

Azərbaycan
Könüllülər İctimai Birliyi tərəfindən YUNESKO-nun dəstəyilə keçirilən “Azərbaycanda
plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində 21 sentyabr 2019-cu
il tarixində “Ümumdünya Təmizlik günü”ndə “Gəlin çimərliklərimizi təmiz
saxlayaq” devizi altında Sabunçu rayonu ərazisində yerləşən Pirşağı çimərliyində
sahilyanı təmizlik kampaniyası keçirildi. 250-dən çox könüllünün iştirakı ilə
baş tutan tədbirdə 2 tona yaxın məişət tullantıları toplandı.

Kapaniyanın məqsədi
ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai
dəstək vermək, BMT-in Ətraf Mühit proqramı modelinin Azərbaycan ərazisinə tətbiq
etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar
atmaq, əhalinin ekoloji savadlılığının yüksəldilməsidir. Bu məqsədlə ölkə ərazinin
təmizlənməsi və bu sahədə ictimai mədəniyyətin və bir növ cəmiyyət və əhali
arasında ənənəvi hərəkat formasını almaq məqsədi ilə “Milli Təmizlik Günü” –ün
elan olunması və bütün ictimai və sosial təbəqələrə, şəbəkələrə onun aid
olunması strategiyasının işlənməsi və həyata keçirilməsi prosesini özündə cəmləşdirir.

Ekoloji
kampaniyaya eyni zamanda iştirakları ilə Sabunçu
rayon icra hakimiyyəti, Təmiz Şəhər ASC, SOCAR KBR, Lets’ do it Azerbaijan şirkəti,
Azərbaycan Turizm və Menecment Universiteti, AIESEC Azərbaycan təşkilatı və
TOYOTA Azərbaycan şirkəti dəstək göstərmişdir.

Qeyd edək ki, “Azərbaycanda
plastik tullantılara qarşı mübarizə” layihəsinin keçirilməsində məqsəd plastik
tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın
artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və
qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti
artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır.  

Layihə çərçivəsində
hökümət və qeyri-hökümət və beynəlxalq təşkilatların nümayəndələrinin, gənclər
və gənclər təşkilatlarının və 200 nəfər könüllünün iştirakı ilə qeyd olunan
mövzu ilə bağlı Forum və 30 nəfər könüllü üçün TOT (Təlimçilər üçün Təlim)
seminarlar təşkil olunmuşdur.

Görüşlər zamanı
iştirakçılarla plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri
barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini
azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti
artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaq kimi məsələlər
müzakirə olunmuş, eyni zamanda “Ümumdünya Təmizlik günü” münasibətilə “Gəlin
çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya
qoşulmaları təşviq edilmişdir.

Share