AVPU is seeking volunteers for Final “Golden Grand Prix” international tournament

27-29 noyabr 2015-ci il tarixdə Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq.

Azərbaycan Könüllülər İctimai Birliyi də bu çempionatın təşkilində öz  könüllülər ilə dəstək olacaq və bununla əlaqədar olaraq turnirdə çalışacaq könüllülərin qəbulu elan olunur.

Sayca 8-ci dəfə keçiriləcək yarışda dünyanın 35-ə yaxın ölkəsindən 400-ə qədər idmançının iştirakı gözlənilən turnir Bakı İdman Sarayında keçiriləcəkdir.

27-29 noyabr 2015 – ci il tarixləri arasında  “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsində  könüllü olaraq çalışmaq arzusunda olan gənclər  elektron ərizə formasını doldurmaqla müraciət edə bilərlər.

 Son müraciət tarixi: 18 noyabr 2015 –ci il saat 18:00qizil qran pri 2015

Qeyd : Könüllülər seçim əsasında müəyyən olunacaqdır. Əsasən xarici dil biliklərinə malik olan gənclərə üstünlük veriləcəkdir. Ümumilikdə 3 qız 3 oğlan olmaqla 6 könüllü iştirak etmək hüququ qazanacaq.

İştirakla bağlı  suallarınızı volunteer@avpu.az a  ünvanlaya bilərsiniz.

Əlaqə telefonu 0553911521

Share