AVPU is seeking volunteers for Final “Golden Grand Prix” international tournament

25-27 iyul 2014-cü il tarixdə Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq.

Azərbaycan Könüllülər İctimai Birliyi də bu çempionatın təşkilində öz  könüllülər ilə dəstək olacaq və bununla əlaqədar olaraq  AKİB  bu turnirində çalışacaq könüllülərin qəbulunu elan edir.

Sayca 7-ci dəfə keçiriləcək yarışda dünyanın 40-a yaxın ölkəsindən 400-ə qədər idmançının iştirakı gözlənilən turnir “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcəkdir.

22-27 iyul 2014 – cü il tarixləri arasında  “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsində  könüllü olaraq çalışmaq arzusunda olan gənclər  elektron ərizə formasını doldurmaqla müraciət edə bilərlər.

 Son müraciət tarixi: 18 iyul 2014 –cü il saat 18:00

Qeyd : Könüllülər seçim əsasında müəyyən olunacaqdır. Əsasən xarici dil biliklərinə malik olan gənclərə üstünlük veriləcəkdir.

İştirakla bağlı  suallarınızı volunteer@avpu.az a  ünvanlaya bilərsiniz.

Share