Ümumdünya Təmizlik günü münasibətilə könüllülərin iştirakı ilə  sahilyanı təmizlik kampaniyası keçiriləcəkdir.

Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan
Respublikasının YUNESKO üzrə Milli Komissiyasının dəstəyilə keçirilən “Azərbaycanda
plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində 21 sentyabr 2019-cu
il tarixində “Ümumdünya Təmizlik günü”ndə “Gəlin çimərliklərimizi təmiz
saxlayaq” devizi altında 250-dən çox könüllünün iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcəkdir.

Kapaniyanın məqsədi ölkədə və xüsusilə Bakı şəhərində
ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-in Ətraf Mühit
proqramı modelinin Azərbaycan ərazisinə tətbiq etməklə qısa zaman ərzində böyük
müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığının
yüksəldilməsidir. Bu məqsədlə ölkə ərazinin təmizlənməsi və bu sahədə ictimai mədəniyyətin
və bir növ cəmiyyət və əhali arasında ənənəvi hərəkat formasını almaq məqsədi
ilə “Milli Təmizlik Günü” –ün elan olunması və bütün ictimai və sosial təbəqələrə,
şəbəkələrə onun aid olunması strategiyasının işlənməsi və həyata keçirilməsi
prosesini özündə cəmləşdirir.

Qeyd
edək ki, “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində
hökümət və qeyri-hökümət və beynəlxalq təşkilatların nümayəndələrinin, gənclər
və gənclər təşkilatlarının və 200 nəfər könüllünün iştirakı ilə qeyd olunan
mövzu ilə bağlı Forum və 30 nəfər könüllü üçün TOT (Təlimçilər üçün Təlim)
seminarlar təşkil olunmuşdur.

Görüşlər zamanı iştirakçılarla plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaq kimi məsələlər müzakirə olunmuş, eyni zamanda “Ümumdünya Təmizlik günü” münasibətilə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq edilmişdir.
Ekoloji kampaniyada iştirak etmək istəyənlər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Ərizə forması: https://forms.gle/m1sQnxezEN6tw9NS9

Əlaqə vasitəsi:

E-mail: info@avpu.az
Tel: 050 391 15 21,
        051 310 10 64

Share