It will be an international project by name “YOUTH ECO SUMMIT”

06 -19 iyul 2014 –cü il  tarixlərində Ukraniyanın Lvov şəhərində Avropa Komissiyasının təşkil etdiyi Gənclər fəaliyyətdə proqramının 3.1 Youth Exchanges (gənclərin mübadiləsi proqramı) çərçivəsində  “YOUTH ECO SUMMER” (YES) adlı beynəlxalq layihə keçiriləcək.

Layihə Ukraniyanın AUAYC “Alternative-V” adlı təşkilatının təşkilatçılığı, İspaniya, Belarusiya, Litva, Azərbycan, Polşa, Macarıstan, Gürcüstan, Ermənistan, Çexiyadan olan təşkilatların tərəfdaşlığı ilə  baş tutacaq.  Azərbaycan Könüllülər İctimai Birliyi də bu beynəlxalq   layihənin keçirilməsində tərəfdaş olaraq iştirak edir. Layihə 10 ölkədən  6 iştirakçı + 1 qrup lideri olmaqla ümumilikdə 7 nəfərin iştirakı ilə  baş tutacaq.

Layihənin məqsədi: gənclərin aktiv vətəndaşlığını, həmrəyliyi inkişaf etdirmək, ekoloji vəziyyət təsir edəcək məsələləri gündəmə gətirmək, ətraf mühitin qorunması və təbiətin dostu olmaq əhəmiyyətini fərqli ölkələrdən olan gənclərə aşılamaqdan ibarətdir.

Layihə müddətində təlimlər və ekskursiyalar da nəzərdə tutulmuşdur ki, bunun vasitəsilə iştirakçılar arasında müzakirələr təşkil olunacaq və  iştirakçı ölkələrin ətraf mühitin qorunması zamanı  ən səmərəli və geniş yayılmış üsulların tətbiqi ilə tanış olacaqlar. Eyni zamanda Lvov və Lviv rayonunun yerli icma gəncləri ilə bu təcrübələrini  bölüşmək imkanı yaranacaqdır. İştirakçılar ekoloji vəziyyət və onun təkmilləşdirilməsi yolları haqqında məlumatlılığı artırılması məqsədilə bir sıra təşəbbüslər həyata keçirəcəklər . Bununla da  iştirakçılar eko-dostluq həyat tərzi haqqında biliklərini dərinləşdirmək deyil, həm də digər millətlərin yaxşı dərk edilməsi üçün onlara imkan verəcək unikal çoxmədəniyyətli komandanin tərkib hissəsi olacaqlar.

Layihə müddətində aşağıdakı metod və qeyri-formal təhsil metodlarında istifadə olunacaqdır:

  • getting-to-know-each-other,
  • ice-breaking and team-building games,
  • games and quizzes on environmental protection,
  • European awareness and human rights;

Layihənin keçiriləcəyi məkan: Ukraniyanın Lvov şəhəri (Lviv haqqında ətaflı: http://az.wikipedia.org/wiki/Lviv)

Qarşılanan xərclər: Yaşayış və yemək xərcləri 100%, yol xərcləri 70% layihəni təşkil edən təşkilat tərəfindən qarşılanacaq. Qalan 30% yol xərcini isə iştirakçılar özləri qarşılayacaqlar.

Bu layihədə ölkəmizi və Azərbaycan Könüllülər İctimai Birliyini təmsil etmək istəyənlər aşağıdakı ərizə  formasını doldurmaqla müraciət edə bilərlər.

Namizədlər üçün tələblər:

  • Yaş həddi 18-25 yaş
  • Xarici pasportun olması
  • Layihənin işçi dili ingilis dili:

Layihədə iştirak edəcək şəxslərin seçimi zaman ingilis dilində sərbəst danışması və ölkəmizi təqdim etmək bacarığına malik olan şəxslərə  üstünlük veriləcək.

Ətraflı məlumatı burdan ələd edə bilərsiniz.

Müraciət üçün son tarix 10 iyun 2014 – cü il saat 18 :00

İştirakçılarım seçimi 2 mərhələdə aparılacaqdır. Birinci mərhələ ərizə formasına əsasən, ikinci mərhələdə isə müsahibə mərhələsindən uğurla keçən iştirakçılara üstünlük veriləcəkdir.

Əlaqə vasitləri:
Email:info@avpu.az

 

Share