“Azərbaycan Gənclərinin I Könüllülük Forumu” yekunlaşıb.“Azərbaycan Gənclərinin I Könüllülük Forumu” yekunlaşıb.

 Gəncə şəhərində keçirilən “Azərbaycan Gənclərinin I Könüllük Forumu” 29 – 30 aprel tarixlərində öz işini davam etdirib. Günün 1- ci paneli “Rəsmilərlə görüş” olub. Panelin qonaqları Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin sədri Müşfiq Cəfərov,  Gənclər və İdman Nazirliyi yanında  Gənclərlə İş üzrə  İctimai Şuranın sədri  Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyli,  “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Azərbaycan Könüllülülər İctimai Birliyinin sədri  İmaməddin Quliyev olmuşlar. Görüşdə gənclər rəsmilərə  onları maraqlandıran suallarını ünvanlayıblar.

Daha sonra gənclərə “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Könüllülər İctimai Birliyinin birgə layihəsi olan “Könüllülük Akademiyası”  təqdim olunub. Gənclər Könüllülük Akademiyasının rəsmi saytı (www.volunteer.az) ilə tanış olmuşlar və layihə ilə bağlı suallarını təşkilatçılara ünvanlamışlar. İştirakçılar saytın strukturu ilə tanış olmuş və layihənin  təfərrüatları ilə bağlı geniş informasiya əldə etmişlər.

“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev “Azərbaycan Könüllülər Akademiyası” layihəsinin təqdimatını keçirib. Layihə Azərbaycanda könüllülərin hazırlanması, gənclər arasında könüllülük fəaliyyətinin təbliği və könüllülərin iştirak edəcəyi layihələrin həyata keçirilməsini hədəfləyir. Yaxın günlərdə “Azərbaycan Könüllülər Akademiyası”na üzvlərin və könüllü fəaliyyətlə maraqlanan gənclərin qəbulu və onlarla müxtəlif istiqamətli təlimlərin keçirilməsi planlaşdırılır.

 Forumun 2-ci paneli “Fəal gənclik, könüllülüyə yeni baxış” mövzusunda olmuşdur.  Görüşün qonaqları Gənclər və İdman Nazirliyi yanında  Gənclərlə İş üzrə  İctimai Şuranın sədri  Nurəddin Mehdiyev,  “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Azərbaycan Könüllülülər İctimai Birliyinin sədri  İmaməddin Quliyev, ASAIF-in baş katibi Vüsal Qurbanov və “Gələcəyə Körpü” İctimai Birliyinin baş katibi Hakim Ələsgərov gənclərə könüllü fəaliyyətlərindən danışmış və  öz təcrübələrini iştirakçılarla bölüşmüşlər, həmçinin gənclər təşkilatlarının könüllülüklə bağlı layihələri haqqında məlumat vermişlər. Daha sonra panel iştirakçıların suallarıyla davam etmişdir.

Forum müddəti ərzində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin nümayəndəsi Ülvi Mövsumzadə gələcəkdə həyata keçirilməsi planlaşdırılan və Azərbaycan Könüllülülər İctimai Birliyinin tərəfdaşı olacaq “Milli Könüllülər Şəbəkəsi” layihəsi haqqında iştirakçıları məlumatlandırmışdır.

Günün sonuncu panelində PR və Marketinq mütəxəssisi Zaur Darabzadə və KİV və PR texnologiyaları üzrə mütəxəssis Əli Hacızadə “İnformasiya müharibəsində könülüllük” mövzusunda maraqlı çıxışlar etmişlər. Zaur Darabzadə iştirakçılara sosial media haqqında geniş informasiya vermiş və onlara sosial medianın üstünlüklərindən danışmışdır. Əli Hacızadə isə online aksiyalardan  və informasiya müharibəsində  könüllülərin rolundan danışmışdır. Daha sonra ekspertlər iştirakçıların sualları cavablandırmış və onlara öz məsləhətlərini vermişlər.

4 gün davam edən forum öz işinə 30 aprel tarixində yekun vurub.

Forumun sonunda bağlanış mərasimi keçirilmişdir. Bağlanış mərasimində iştirak edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin sədri Müşfiq Cəfərov, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısının müavini Naqif Həmzə, Azərbaycan Könüllülülər İctimai Birliyinin sədri  İmaməddin Quliyev, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev və “Gələcəyə Körpü” İctimai Birliyinin baş katibi Hakim Ələsgərov forum iştirakçılarını şəhadətnamələrlə təltif edib və gələcək karyeralarında uğurlar arzulayıblar. Forum əyəncəli proqramla davam edib və sonda iştirakçılarla birgə xatirə şəkili çəkilmişdir.

Xatırladaq ki, “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin, “İrəli” İctimai Birliyinin və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatı dəstəyi ilə Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən 27 – 30 aprel 2013 – cü il tarixlərində Gəncə şəhərində keçirilib.

IMG_4946

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir