“Exclude exclusion – we do inclusion!” adlı beynəlxalq layihə keçirilib.It was an international project by name “Exclude exclusion – inclusion we do!”.

07-15 aprel 2015 –ci il tarixlərində Almaniyanın Berlin şəhərində yerləşən “wannseeFORUM” təşkilat kampında  Avropa Komissiyasının təşkil etdiyi Erasmus+ proqramı çərçivəsində “Exclude exclusion – we do inclusion!” adlı beynəlxalq layihə keçirilib.

Layihə Almaniyanın Stiftung wannseeFORUM adlı təşkilatının təşkilatçılığı,13 ölkədən (Almaniya, Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Gürcüstan, İtaliya, Latvia, Malta, Moldova, Polşa, Rumıniya və Ukrayna) gənclər sahəsində çalışan 45 iştirakçının qatıldığı çoxmillətli dəyişim proqramıdır. Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) də bu beynəlxalq layihənin keçirilməsində tərəfdaş olaraq iştirak edib.

Layihə çərçivəsində formal təhsil kontekstindən kənara çıxaraq, diqqəti gənclər arasında qeyri-formal təhsil sahəsinə cəlb etməkdən ibarət olub. “Təhsil sahəsində hansı qruplar kənarlaşdırılır?”,  “Bu kənarlaşdırılmanı nə təşkil edir və arxasında hansı mexanizmlər dayanır?”  “Könüllü iştirak prinsipindən daxiletmənin tətbiqi üçün hansı imkan və çətinliklər doğur?”, “İştirakçı Qərbi və Şərqi Avropa ölkələrində inkluziv (daxil edən)  gənclər işi sahəsində son nailiyyətlər hansılardır?” və s. bu kimi mövzularda müzakirələr aparılıb.

Layihə çərçivəsində iştirak edən hər bir ölkənin gənclər siyasətinin və gənclər təşkilatının təqdimatı keçirilib. Ölkəmizi bu tədbirdə AKİB prezidenti İmaməddin Quliyev, vitse- prezident Nahid Quliyev və təşkilatın Beynəlxalq əlaqələr üzrə departament rəhbəri Həsən Həsənli təmsil ediblər.

Təqdimatlar zamanı  iştriakçılara Azərbaycanda bu istiqamətdə həyata keçirilən layihələr, görülən işlər və mövcud gənclər siyasəti haqqında geniş məlumat verilmişdir. Eyni zamanda AKİB in keçirdiyi layihələr, xüsusilə könüllülərin fəaliyyəti və layihələrdə iştirakı xüsusilə qeyd olunub. Keçirilən layihələr haqqında bukletlər, statistik məlumatlar özündə əks etdirən təqdimat nümayiş edilib.

Layihənin 3 – cü  günü iştirakçı ölkələrin təqdimat gecəsi keçirilib.  Təqdimat zamanı iştirakçılara ölkəmizin zəngin tarixi, mədəniyyəti, coğrafi mövqeyi və durmadan inkişaf edən iqtisadi vəziyyəti haqqında geniş məlumat verilib. Ölkəmizin simvolları, mətbəximizin müxtəlif təamlarını layihə iştirakçılarına nümayiş olunub. Təqdimat gecəsində AKİB nümayəndələri ölkəmizdə ilk dəfə keçiriləcək “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı da  keçirilib və iştirakçılara Avropa Oyunları haqqında video çarx nümayiş olunub, özündə zəngin informasiyanı birləşdirən kataloqlar təqdim olunub və digər məlumatlar verilib. Bakı 2015” 1-ci Avropa Oyunları iştirakçı ölkələrin olduqca böyük marağına səbəb olub.

8 günlük “Exclude exclusion – we do inclusion” beynəlxalq layihə çoxmillətli gənclər sahəsi işçilərinin dəyişim proqramının başlanğıc nöqtəsi idi. Əsas diqqət müxtəlif mərhələ, tematik sahə və qruplar üçün uyğun inkluziv öyrənmə metod və formatlarının işlənib hazırlanıb.

Layihə ərzində əvvəldən nəzərdə tutulduğu kimi, iştirakçılar tərəfindən formalaşdırılan və təkmilləşdirilən metodları özündə toplayan elektron bələdçi tərtib edilib.

Qeyd edək ki, AKİB Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək və Azərbaycan gənclərinin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışmaqdadır. Üzvlərimiz ölkədə və xaricdə keçirilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edirlər.

Məlumat üçün bildirmək istərdik ki, , AKİB 4 üzvü 15-23 May 2015 – ci il tarixlərində ölkəmizi Macarıstanda Avropa Kommissiyasının Erasmus+ proqramı çərçivəsində keçiriləcək “Titanic Affairs” adlı təlim kursunda təmsil edəcəklər.

“Exclude exclusion – we do inclusion!” international project was held by the European Commission within the framework of the Erasmus + on April 7th to 15th of 2015 in wannseeFORUM, Berlin.

The project was organized by  Stiftung wannseeFORUM and it is Multinational Youth Workers Exchange program with Participants from 13 Countries (Armenia, Azerbaijan, Belarus, Bulgaria, Georgien, Germany, Italy, Latvia, Malta, Moldova, Poland, Romania and Ukraine). 45 people participated in the project. Azerbaijan Volunteers’ Public Union (AVPU) participated as partner in this international project.

Within the project the attention was attracted formal and informal education among youth going beyond the context of formal education. Issues as “Which groups are being excluded in this educational field?”, “Where in consists this exclusion and what are the mechanisms behind it?”, “Which opportunities and challenges towards the implementation of inclusion result from the principle of voluntary participation?”, “What are the latest developments towards an inclusive youth work in the different participating countries from Eastern and Western Europe?” were discussed.

Each country participating in the project  held  a presentation on youth policy and youth organization. Imamaddin Guliyev, president of AVPU, Nahid Guliyev, vice-president, Hasan Hasanli, Head of the International Relations Department represented our country in this project.

Detailed information about projects implemented in this direction, works done and current youth policy in Azerbaijan was given to the participants  within presentations. At the same time the projects implemented by AVPU, in particular, activities of volunteers and their participation in projects were also noted. Booklets about the projects were distributed, presentation containing statistical data was presented.

Culture night of the participating countries was held on the third day of the project. Detailed information about rich history, culture, geographical position, and  steadily growing economic situation of our country was given to the participants within presentation. Symbols, a variety of cuisine dishes of our country were presented to the participants of the project. Participants of AVPU presented “Baku 2015” 1th European Games which will hold in our country for the first time and video was shown to the participants about the European games, catalogs linking rich information were presented and other information was given. “Baku 2015” 1th European Games caused great interest of the member countries.

The 8-day “Exclude exclusion – we do inclusion” international projects was the starting point of Multinational Youth Workers Exchange program. The central focus was the development of inclusive learning formats and methods for different seminar phases, thematic areas and group constellations.

During the project the participants compiled an electronic manual containing the methods developed.

We note that AVPU is working for the development of voluntary work in Azerbaijan and the creation of the young volunteers movement, to promote civil society, to contribute to the solution of social, economic and environmental problems and the establishment of international cooperation in order to ensure the international integration of Azerbaijani youth. Our members are actively involved in various international events held in the country and abroad.

We would like to inform that, 4 members of AVPU will represent our country in “Titanic Affairs” training course will be held in the framework of Erasmus programme + of European Commission in Hungary on May 15-23,2015.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmiş və , , , , , , , , , , , , , , , , ilə etiketlənmişdir. Daimi bağlantını seçilmişlərə əlavə dein.