Şəki şəhərində Könüllülük üzrə Gənclərin I Regional Forumu keçirilibFirst Regional Youth Volunteering Forum was held in Sheki

28 – 29 noyabr 2014 -cü il tarixlərində Şəki şəhərində 300-ə yaxın gəncin iştirakı ilə Könüllülük üzrə Gənclərin birinci regional forumu keçirilib.

 İki gün davam edən forumun keçirilməsində əsas məqsəd region gənclərinə könüllülük prinsipini aşılamaqdır.

Forum iştirakçıları əvvəlcə ulu öndən Heydər Əliyevin büstünü ziyarət ediblər.  Daha sonra tədbir Şəki Olimpiya idman kompleksində davam etdirilib. Azərbaycan Respublikasının dövlət himni ilə başlayan konfransda çıxış edənlər dövlətin gənclərə xüsusi qayğı ilə yanaşdığını diqqətə çatdırıblar.

 3 paneldən ibarət olan forumda müxtəlif İctimai Birliklərin nümayəndələri gənclərin suallarını cavablandırıblar. Forumun “Könüllülük nədir?” və “Regionda gənclərin sosial inkişafı və məşğulluğu” adlı panellərində ekspert qismində Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev də iştirak edib və forum iştirkçılarının ona ünvanladığı sualları cavablandırıb.

I paneldə ekspert qismində “Könüllülük nədir” mövzusunda aparılan müzakirələrdə Gənclər Fondunun rəsmi nümayəndəsi Orxan Ərəbov, “Etika Akademiyası”nın prezidenti Günel İbrahim və Azərbaycan Könüllülər İB-nin prezidenti İmaməddin Quliyev iştirak edib.

Forumun II panelində (“Regionda gənclərin sosial inkişafı və məşğulluğu”) iştirakçılar Seymur Hüseynov (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi), İmaməddin Quliyev (Azərbaycan Könüllülər İB-nin prezidenti) və Günel İbrahimə (“Etika Akademiyası”nın Prezidenti) suallar ünvanlayıblar.

Panellərin moderatoru Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov olub.

Forumda Şəki şəhərinin, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının gənclər və idman idarələrinin rəhbərlərinin və əməkdaşlarının, həmin şəhər və rayonları təmsil edən fəal gənclərin, gənclər təşkilatlarının üzvlərinin, respublikanın nüfuzlu gənclər təşkilatlarının rəhbərlərinin, həmçinin ictimaiyyətin nümayəndələri – ümumilikdə 300 nəfər iştirak edib.

Qeyd edək ki, Könüllülük üzrə Gənclərin I Regional Forumu Şəki şəhər İcra Hakimiyyəti, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyi, Şəki Gənclər və İdman İdarəsi və YAP Şəki Təşkilatının təşkilatçılığı ilə keçirilib.

First Regional Youth Volunteering Forum was held with the participation of about 300 young people in Sheki, on November 28th and 29th 2014.

The main purpose of the two-day forum is to tan the Voluntary Principles to the regional youth.

At first, the participants visited the bust of great leader Heydar Aliyev. Then, the event continued in Shaki Olympic sports complex. Speakers at the conference started with the national anthem of the Republic of Azerbaijan stressed rendering the special care of state to youth.

Representatives of various Public Unions answered the questions of youth at the forum consisting of 3 panels.

Expert of panels “What is Volunteering?” and “Social development and employment of youth in the region” was Imameddin Guliyev, president of the Azerbaijan Volunteers’ Public Union and answered the questions of forum participants.

The topic of the first panel was “What is Volunteering?” and the experts were Orhan Arabov, official representative of Youth Foundation, Gunel Ibrahim, president of “Ethics Academy” and Imamaddin Guliyev, president of AVPU.

In the second panel (“Social development and employment of youth in the region”) the participants asked questions to Seymur Huseynov (Secretary General of National Assembly of Youth Organizations of the Republic of Azerbaijan), Imamaddin Guliyev (president of Azerbaijan Volunteers’ Public Union), and Gunel Ibrahim (president of “Ethics Academy”)

The moderator of panels was Vugar Iskenderov, head of Youth and Sports Department of Sheki.

Heads and workers of Youth and Sports Department of Shaki, Ismayilli, Gabala, Oguz, Gakh and Balakan, active youth representing the cities and regions, the members of youth organizations,  Heads of influential youth organization, also Public members – a total of 300 people attended at the forum.

We note that First Regional Youth Volunteering Forum was organized by Executive Power of Sheki, Support  for the Protection of Cultural Heritage Public Union, Youth and Sports department of Shaki and The New Azerbaijan Party in Sheki.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.