Gəncləri üçün Yeni Media layihəsi keçiriləcək.Gəncləri üçün Yeni Media layihəsi keçiriləcək.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gəncləri üçün Online Media Məktəbi” layihəsinə start verir. layihənin məqsədi regionlarda yaşayan gənclərə jurnalistika bilikləri aşılamaq və yeni medianın bütün üstünlükləri barədə onlara bilik və bacarıqlar öyrətmək, həmçinin regional medianın inkişafına töhvə verməkdir.
İki ay davam edəcək layihə müddətində xüsusi hazırlanmış təlim proqramı vasitəsilə region gənclərinə yeni media və onlayn jurnalistika sahəsində bilik və bacarıqlar tədris olunacaq. Azərbaycanın müxtəlif regionlarından seçiləcək iştirakçılar ilk əvvəl Mingəçevir şəhərində baş tutacaq iki günlük təlimə qatılacaq. Daha sonra isə internet üzərindən onlayn təlimlərdə iştirak edəcək.
Qeyd edək ki, “Region gəncləri üçün Online Media Məktəbi” fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsində qalib çıxıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İB, Gənclər üçün Təhsil Mərkəzi İB və Azərbaycan Könüllülər İctimai Birliyi Layihənin uğurla icra olunması üçün təşkilati dəstək göstərir.

Ətraflı: http://ajn.az/news/15070/

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.