AKİB “GƏNCLƏR TƏŞKİLATLARININ IV RESPUBLİKA SƏRGİSİ”NDƏ iştirak edəcək

28-30 noyabr 2012 – ci il tarixləri arasında GƏNCLƏR TƏŞKİLATLARININ IV RESPUBLİKA SƏRGİSİ keçiriləcək.Sərgidə AZƏRBAYCAN KÖNÜLLÜLƏR İctimai Birliyi də öz stendi ilə iştirak edəcək. Eyni zamanda sərgi müddətində ziyarətçilərə AKİB -in fəaliyyəti ilə tanış etməklə yanaşı, eyni zamanda avqustun 21-27-də Bakıda keçirilən “YENIYETMƏLƏR ARASINDA SƏRBƏST, YUNAN-ROMA, QADIN VƏ ÇIMƏRLIK GÜLƏŞI ÜZRƏ DÜNYA ÇEMPIONATI” və “FIFA U-17 Qadınlararası Dünya Çempionatında” aktiv iştirak edən könüllülərimizə şəhadətnamələr təqdim olunacaq. Hər birinizi 28 noyabr tarixind’n etibarən “Bakı Ekspo” mərkəzinə dəvət edirik.

Share