“Azərbaycan Könüllülər” İctimai Birliyi yeni layihəyə start verir

Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun ilk qrant müsabiqəsinin qalib layihələr sırasında olan,  Azərbaycan Könüllülər İctimai Birliyinin A kateqoriyası üzrə təqdim etdiyi “Gənclər fəaliyyətdə” layihəsidir.

Məlumat üçün bildirim ki, Avropa  İttifaqının Avropa komisiyasının 2007 – 2013 cu illəri əhatə edən “Gənclər fəaliyyətdə” proqramı fəaliyyət göstərir. Təəssüflər olsun ki, Azərbaycan gənclərinin, xüsusəndə regionlarda olan gənclərin və eyni zamanda QHT-lərinin bu proqramdan yararlanma aktivliyi bir o qədər də qənaətbəxş deyil. Bu proqramda Azərbaycanın aktivliyini artırmaq üçün marifləndirici təlimlərə ehtiyac duyulur. Belə ki, bu proqram vasitəsilə qonşu dövlətlərin keçirdiyi layihələr bizim ölkə ilə nisbətdə üstünlük təşkil edir. Bütün bunları nəzərə alaraq Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən keçiriləcək “Gənclər fəaliyyətdə” layihəsini aktual edir.

Bu layihənin keçirilməsində məqsəd “Gənclər Fəaliyyətdə” beynəlxalq proqramının imkanlarından istifadə edərək Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin inkişaf  etdirilməsini həyata keçirir ki, bu da ali təhsil müəssisələrində təhsil alan gənclər, regionda yaşayan gənclər və QHT – lər üçün Avropa Komissiyasının “Youth in Action” (Gənclər Fəaliyyətdə) proqramının mahiyyəti, iş prinsipi və fəaliyyət istiqamətlərinə dair təlim kursunun keçirilməsi və proqramla işləmək bacarıqlarını öyrətməkdir.

Eyni zamanda layihə ilə bağlı olacaq sayt fəaliyyət göstərəcək ki, bu da gənclərin Youth in Action proqramında olan layihələrə müraciət etmək üçün ətraflı məlumat əldə edə biləcəklər.

Qeyd edək ki, layihədə 100 nəfər – 50 nəfər region+50 nəfər Bakı gəncləri iştirak edəcək.

Share