AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019 layihəsinə Könüllülərin qəbulu elan olunurLooking for Volunteers

Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət Departamentinin təşkilatçılığı ilə sayca ikinci dəfə AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019 uşaq nominasiyaları üzrə mükafatlandırma mərasiminin təşkili üçün könülülərin qəbulunu elan edir.
“1 İyun uşaqların beynəlxalq müdafiəsi günü”nə həsr olunmuş layihənin məqsədi 5-16 yaşadək olan uşaq və gənclərin iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdan ibarətdir.
Layihənin əsas tədbiri, təntənəli mükafatlandırma mərasimi 31 may 2019-cu il tarixində Nizami Kino Mərkəzində baş tutacaq.
Könüllü olmaq istəyən gənclər 28 may 2019 cu il tarixinə qədər öz CV -lərini volunteer@avpu.az email ünvanlarına göndərək  və yaxud aşağıdakı ərizə formasını dolduraraq müraciət edə bilərlər.
Əlaqə vasitələri:
Ülviyyə Vəliyev (layihə rəhbəri)
E-mail: ulviyyavaliyeva@gmail.com
WhatsApp: 0515151405

Bu yazı Elanlar, Yerli kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.