AKİB “Gənclər üçün müasir jurnalistika məktəbi”  layihəsinə start verir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi  və  Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən 16 – 19 noyabr 2013 – cü il tarixlərində “Gənclər üçün müasir jurnalistika məktəbi” layihəsi  keçiriləcəkdir.

4 gün müddətində davam edəcək və 100 nəfər aktiv gənci bir araya gətirəcək bu layihədə əsasən natiqlik bacarıqları, sosial şəbəkələrdən səmərəli istifadə, bloqların yaradılması, liderlik keyfiyyətləri, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər gənclərin “Gənclər üçün müasir jurnalistika məktəbi” layihəsinin əsas predmeti olacaqdır.

“Gənclər üçün müasir jurnalistika məktəbi” layihəsinin keçirilməsində əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, onların internet jurnalistikaya olan marağını artırmaq və gənclərin yeni media vasitələrindən effektiv istifadə etməsi ilə bağlı onların fəallığını artırmaqdan ibarətdir.

İştirak üçün müraciət:

14-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır.

 İştirak üçün müraciət etmək istəyənlər 14 noyabr 2013 –cü il tarixinə qədər ərizə formasını tam doldurub müraciət edə bilərlər.

Share