AKİB üzvləri Avropa Komissiyasının təşkil etdiyi Gənclər fəaliyyətdə proqramında iştirak ediblər.Members of AVPU attended at the Youth in Action program of the European Commission .

 

06  – 19 iyul 2014 –cü il  tarixlərində Ukraniyanın Lvov şəhərində Avropa Komissiyasının təşkil etdiyi Gənclər fəaliyyətdə proqramının 3.1 Youth Exchanges (gənclərin mübadiləsi proqramı) çərçivəsində  “YOUTH ECO SUMMER” (YES) adlı beynəlxalq layihə keçirilmişdir.

Layihə Ukraniyanın AUAYC “Alternative-V” adlı təşkilatının təşkilatçılığı, İspaniya, Belarusiya, Litva, Azərbaycan, Polşa, Macarıstan, Gürcüstan, Ermənistan, Çexiyadan olan təşkilatların tərəfdaşlığı ilə  baş tutub.  Azərbaycan Könüllülər İctimai Birliyi də bu beynəlxalq layihənin keçirilməsində tərəfdaş olaraq iştirak edib.

Ümumilikdə 10 ölkədən  6 iştirakçı + 1 qrup lideri olmaqla ümumilikdə 7 nəfərin iştirakı ilə  baş tutan  layihədə ölkəmizi Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) 7 üzvü ilə təmsil olunub.

Layihənin məqsədi: gənclərin aktiv vətəndaşlığını, həmrəyliyi inkişaf etdirmək, ekoloji vəziyyət təsir edəcək məsələləri gündəmə gətirmək, ətraf mühitin qorunması və təbiətin dostu olmaq əhəmiyyətini fərqli ölkələrdən olan gənclərə aşılamaqdan ibarət olub.

Layihə müddətində qeyri-formal təhsil metodlarında istifadə olunmuşdur. İştirakçılar üçün ekskursiyalar təşkil olunaraq, bunun vasitəsilə onlar arasında müzakirələr aparılıb və  iştirakçı ölkələrin ətraf mühitin qorunması zamanı  ən səmərəli və geniş yayılmış üsulların tətbiqi ilə tanış olmaq imkanı əldə ediblər.

Eyni zamanda Lvov rayonunun yerli icma gəncləri ilə bu təcrübələrini  bölüşmək imkanı yaranmışdır ki, iştirakçılar ekoloji vəziyyət və onun təkmilləşdirilməsi yolları haqqında məlumatlılığı artırılması məqsədilə bir sıra təşəbbüslər irəli sürüblər.

 “YOUTH ECO SUMMER” (YES) international project under 3.1 Youth Exchanges (Youth Exchange Program) of Youth in Action program of the European Commission was held on 06-19 July in 2014 in Lvov, Ukraine.

The project was organized by AUAYC “Alternative-V” organization of Ukraine and was held in partnership with Spain, Belarus, Lithuania, Azerbaijan, Poland, Hungary, Georgia, Armenia, the Czech Republic.  Azerbaijan Volunteers’ Public Union also participated as a partner in this international project.

In the project, where  6 participants including 1 group leader from 10 countries Azerbaijan Volunteers’ Public Union (AVPU) represented our country with 7 members.

Purpose of the project: purpose of the project was to develop active citizenship, solidarity  of youth, to agenda issues  affecting the environmental situation, to protect environment and to show importance of being environmentally friendly to youth from different countries.

Non-formal education methods were used during the project.

Excursions were organized for the participants, through this discussions were held between them and participant countries had a chance to familiarize with the use of the most effective and widespread methods

while protecting the environment.

At the same time, they had a chance to share those experiences with young people in the local community of Lvov region, participants initiated to increase awareness about the environmental situation and to  improve it

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.