Mənim peşəm festivalı logo07-09 avqust 2013 –cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə “Mənim Peşəm Festivalı” layihəsi keçirilmişdir.
Festivalın açılış mərasimi 09 avqust 2013 –cü il tarixində saat 15:00 da Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, bir sıra QHT nümayəndələri və müxtəlif istedadlı peşə sahibi olan gənclər iştirak etmişdir.
İlk olaraq Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev  çıxış edərək festivalı açıq elan edib. O, bildirmişdir ki, festival çərçivəsində əsas hədəfimiz müxtəlif peşə fəaliyyəti ilə məşğul olan gəncləri bir araya gətirərək onların bilik və bacarıqlarını üzə çıxararaq daha da uğurlu olmaları üçün mütəxəssislərin təcrübələrini onlara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir.
Daha sonra Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının direktor müavini Vahid Fərzəliyev gəncləri salamlayıb və onlara uğurlar arzu etmişdir.
Qeyd edək ki, layihədə müxtəlif peşələrə sahib olan istedadlı gənclər və gənc mütəxəssislər iştirak edərək öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə etdilər. Gənc mütəxəssislər skripka ifaçısı və aktrisa Dəniz Tacəddin, tar ifaçısı İlkin Yaqublu, fotoqraf Fuad ƏsgərovOrxan Əzimov, Pinhol fotoqrafiya üzrə təlimçi Xanım Əliyeva və rəssam Cəmilə Əliyeva öz peşələri haqqında gənclərə məlumat verdilər və onları maraqlandıran sualları cavablandırdılar. Rəssam, musiqiçilər, fotoqraflar, pinhol peşəsinin sahibləri öz bacarıqlarını gənclərə nümayiş etdirdilər. Daha sonra festival əyləncəli oyunlarla davam edib  və sonda festival iştirakçılarına sertifikatlar, təlimçilərə isə göstərdikləri dəstəyə görə təşəkkürnamələr təqdim edilmişdir.
Xatırladaq ki, 50 nəfər gənci bir araya gətirən “Mənim Peşəm Festivalı” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin aktiv sosial inteqrasiyasını təmin etmək, peşə sahəsində fəaliyyət göstərən aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da təkmilləşdirmək və onların sosial aktivliyini artırmaqdan ibarət olub.

 Fotolar …

 <iframe width=”420″ height=”315″ src=”//www.youtube.com/embed/sRrRvY-ds-w” frameborder=”0″ allowfullscreen></iframe>

Share