“Mobil Apps-Azerbaijan” layihəsinin təqdimat mərasimi keçirilib.“Mobil apps-Azerbaijan” project was presented.

19 aprel 2014-cü il tarixində Divan Exspress Bakı otelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilati dəstəyi ilə “Mobil Apps-Azerbaijan” layihəsinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Sahil Balazadə, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, “Mobil Apps-Azerbaijan” layihəsinin rəhbəri Elçin Məmmədov  və mobil proqramlar üzrə ekspert və devloper İbrahim İbrahimov iştirak etmişdir.

İlk olaraq “Mobil Apps-Azerbaijan” layihəsinin rəhbəri Elçin Məmmədov  Gənclər Fondunun elan etdiyi dördüncü qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində keçirilən “Mobil Apps-Azerbaijan”  layihəsinin əsas məqsədinin gənclərin İT biliklərinin inkişaf etdirilməsi, müasir texnoloji biliklərdən istifadə etməklə ölkəmizi təbliğ etmək və gənclər vasitəsilə Azərbaycanı müxtəlif istiqamətlərdə ən gözəl şəkildə təqdim etmək imkanı yaratmaqdan ibarət olduğunu bildirmişdir. Sonra iştirakçılara Android əməliyyat sistemində çalışan AZMAPPS adlı proqram təminatı təqdim olunub.

Android mobil cihazlarında istifadə olunacaq proqram YouTube kanalına PlayStore-a qoşularaq oradan məlumatları alacaqdır. Bu proqram təminatının üstünlüklərindən biri budur ki, hər hansı xarici vətəndaş bu proqramı istifadə etməklə Azərbaycan haqqında olan digər apps proqramlar, videoları və s. əsas məlumatları özündə birləşdirəcəkdir.  Bundan əlavə web service olaraq WCF RestFull  texnologiyasından istifadə edərək bizim işğal altında olan torpaqlar haqqında veb səhifələrin linklərini və Azərbaycanda yazılan proqram (Android) siyahısını dinamik olaraq dəyişiklikləri görmə imkanı verəcəkdir. Proqramın ilkin versiyasında idarəetmə paneli müəyyən funksionallığı öz üzərinə götürəcək.

Sonra layihənin keçirilməsində təşkilati dəstəy olan Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev çıxış edərək, layihə çərçivəsində hazırlanan AZMAPPS proqram təminatının ənənəvi təbliğat və maarifləndirmə üsullarından fərqli olaraq inkişaf etmiş müasir informasiya texnologiyalarından səmərəli istifadə edərək qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün planşetlərdə, smartfonlarda (android sistemli) istifadə olunacaq proqramın olduqca əhəmiyyətli olduğunu qeyd etmişdir.

 “Mobil Apps-Azerbaijan” layihəsinin təqdimat mərasimindən sonra 50 nəfərə yaxın gəncə “Mobil Application”lar mövzusunda maarifləndirici seminar təşkil olunub. Seminar ekspert və devloper İbrahim İbrahimov tərəfindən aparılıb. Seminar layihə iştirakçılarının sualları ilə davam etmişdir.

The presentation ceremony of “Mobil Apps-Azerbaijan” project was held with the financial support of Youth Foundation under the President of the Republic of Azerbaijan and with the organizational support of Azerbaijan Volunteers’ Public Union in Divan Express Baku Hotel on the nineteenth of April, 2014.

Sahil Balazada, representative of Youth Foundation under the President of the Republic of Azerbaijan, Imamaddin Guliyev, president of Azerbaijan Volunteers’ Public Union, Elchin Mamadov, head of “Mobil Apps-Azerbaijan” and Ibrahim Ibrahimov, expert and developer on mobile applications attended in the presentation ceremony.

Initially, Elchin Mammadov, head of “Mobil Apps-Azerbaijan” project said that the purpose of “Mobil Apps-Azerbaijan”  project announced by Youth Foundation on the fourth category C is to develop IT skills, to promote our country using of the modern technological skills and to provide an opportunity to present our country in the best way through youth. Then AZMAPPS program running the Android operating system was presented to participants.

The program used in Android mobile devices connecting Youtube Channel, PlayStore will receive notifications from there. One of the advantages of this software using any foreign citizen is to incorporate the main data such as other apps programs about Azerbaijan, videos and so on. In addition, this program using WCF RestFull as a web service will give the opportunity to see links of web pages about our occupied territories and written application (Android) list in Azerbaijan. Control panel will undertake certain functionality in the initial version of the program.

Then Imamaddin Guliyev, president of Azerbaijan Volunteers’ Public Union pointed out the importance of AZMAPPS software prepared within the project.

Educational seminar on “Mobil Applications” was held with the participation of 50 young people after presentation ceremony of “Mobil Apps-Azerbaijan” project. Seminar was conducted by Ibrahim Ibrahimov, expert and developer. Seminar continued with the questions of the project participants.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmiş və , , , , , , , , , , ilə etiketlənmişdir. Daimi bağlantını seçilmişlərə əlavə dein.