LayihələrProjects

[toggle title=”“Uşaqlar bizim gələcəyimizidir” Bakının 3 saylı uşaq evində təhsil layihəsi. (Yanvar 2001-ci il)” hidden=”true”]Azərbaycan Könüllülər İctimai Birliyi BMT-nin Könüllülər Proqramı ilə əməkdaşlığı çərçivəsində Bakı şəhərində yerləşən 3 saylı uşaq evində 2001-ci ilin yanvar ayından avqustadək davam edən “Uşaqlar bizim gələcəyimizdir” adlı layihə həyata keçirib. 6 aylıq layihə müddətində AKİB-in 12 könüllüsü uşaq evində təmir işləri aparıb, mütəmadi olaraq uşaqlara ingilis dili, kömpüter kursları tədris ediblər. Eyni zamanda könüllülər tərəfindən uşaq evinin sakinləri ilə intellektual oyunlar keçirilib, onların dünya görüşünün inkişafına yönələn incəsənət məşğələləri təşkil edilib, uşaqların ən sevimlisi məşğuliyyətlərindən biri olan idman oyunlarına da geniş yer verilib.[/toggle]

[toggle title=”“Könüllülərin təşkil etdiyi Beynəlxalq İşçi Düşərgəsi” (Sentyabr 2001-ci il)” hidden=”true”]Azərbaycan Könüllülər İctimai Birliyi Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə 2001-ci ilin Sentyabr ayında Lənkəran şəhərindəki “İstisu” qaçqın düşərgəsində “Hər şey uşaqlar üçün” mövzusunda Beynəlxalq İşçi Düşərgəsi layihəsini həyata keçirib. Layihədə Azərbaycandan olan könüllülərlə yanaşı Amerika Birləşmiş Ştatları, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını təmsil edən könüllülər iştirak edib. İki həftə davam edən layihə boyunca könüllər Azərbaycanda qaçqın və məcburi köçkün problemini daha yaxından anlamaq üçün qaçqınlarla bir düşərgədə yaşayıblar. Könüllülər, qaçqın uşaqların Haftoni kənd orta məktəb kitabxanasını ingilis və azərbaycan dilində olan müasir ədəbiyyatlarla zənginləşdirməklə yanaşı iki həftəlik ingilis dili kursları da təşkil ediblər. Müxtəlif interaktiv təlim metodları vasitəsi ilə keçirilən oyunlar uşaqların dünya görüşünün və intellektual qabiliyyətlərinin inkişafına əvəzsiz töhfə olub. Bu tipli layihələr sosial və humanitar sahədə bir töhfə olmaqla yanaşı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da əvəzsiz rol oynayır. Amerika Birləşmiş Ştatlarını təmsil edən Simon Rassell geriyə döndükdən sonra təhsil aldığı Kaliforniya universitetində Azərbaycan həqiqətlərindən bəhs edən geniş bir mühazirə ilə çıxış edib. Onun həmyerlisi Sarah Salisburi isə geri döndükdən sonra ianələr toplayaraq könülllər tərəfindən qaçqınlara dəstək xarakterli layihələrin davamı üçün öz töhfəsini verib.[/toggle]

[toggle title=”“Almaniyanın Azad Berlin Universitetinin tələbə və müəllim heyətinin tanışlıq səfəri”(Sentyabr 2001-ci il)” hidden=”true”]2001-ci ilin Sentyabr ayında Azərbaycanlı gənc Elnura Qurbanovanın təşəbbüskarlığı və Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatı dəstəyi ilə Almaniyanın Azad Berlin Universitetinin tələbə və müəllimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana tanışlıq səfəri təşkil olunub. Səfər zamanı iştirakçıların ölkədəki siyasi vəziyyət və digər maraq doğuran məsələlərlə yaxından tanış olmaları üçün geniş imkanlar yaradılıb. Qonaqlar üçün müxtəlif dövlət strukturlarında, ali təhsil ocaqlarında, o cümlədən regionlarında görüşlər təşkil olunub. Eyni zamanda səfər proqramına Bakı Dövlət Universitetində qonaqlar üçün Azərbaycan dili və Azərbaaycan ədəbiyyatı məşğələləri də daxil edilib. Layihənin təşkil olunması Azərbaycan ilə Almaniya arasında olan akademik və mədəni inteqrasiyanın inkişafına öz müsbət təsirini göstərəcək.[/toggle]

[toggle title=”“Bakı şəhərində kimsəsiz uşaqların əl işlərindən ibarət sərginin təşkili” (Dekabr 2001-ci il)” hidden=”true”]2001-ci ilin dekabr ayında AKİB UNİCEF-in himayəsində olan “Uşaqdan Uşağa Sülh Şəbəkəsi” ilə əməkdaşlığı çərçivəsində Bakı şəhərində uşaq evləri və internat məktəblərindən olan kimsəsiz uşaqların əl işlərindən ibarət sərgi təşkil edib.[/toggle]

[toggle title=”“Uşaqların siqater əleyhinə mübarizəyə cəlb olunması və bu mövzuda kitabın çapı” (Aprel 2002-ci il)” hidden=”true”]Azərbaycan Könüllülər İctimai Birliyi 2002-ci ilin aprel ayından etibarən Azərbaycanda tütün məmulatları əleyhinə mübarizəyə başlayıb. Bu qəbildən olan ilk iş kimi Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə uşaqların zövqünə uyğun və nəfis şəkildə tərtib edilən “Siqaretin zərərləri, gənclər üçün məsləhətlər” adlı kitab azərbaycan və rus dillərində çap olunub. Daha sonra ictimaiyyətin geniş təbəqələrinin, xüsusən də KİV nümayəndələrinin iştirakı ilə kitabın təqdimat mərasimi keçirildi və hər kəs siqaret əleyhinə birgə mübarizəyə dəvət olundu. Layihə çərçivəsində Bakı şəhərinin orta məktəblərdə şagirdlərə kitablar paylandı. Bu zaman könüllər tərəfindən uşaqlara siqaretin fəsadlarından bəhs edən, interaktiv metodlara əsaslanan təlimlər də keçildi. İki dildə çap olunan kitab həm azərbaycan, həm də rus təmayüllü məktəblilər üçün təlimlərin təşkil olunmasına müsbət şərait yaratdı.[/toggle]

[toggle title=”“Uels Krallığının futbol azarkeşlərinin 3 saylı Uşaq evinə səfəri” (Noyabr 2002-ci il)” hidden=”true”]2002-ci ilin noyabrında AKİB Uels Krallığının futbol azarkeşlərinin Bakı şəhərinin 3 saylı uşaq evinə səfəri təşkil edildi. Uels və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı məqsədi ilə AKİB və Uelsin “APEL-GOL-APPEAL” klubu arasında layihəyə start verildi.[/toggle]

[toggle title=”“Tütün məmulatları əleyhinə birgə mübarizə kampaniyası” (Yanvar 2003-cü il)” hidden=”true”]2003-cü ilin yanvar ayından etibarən AKİB “Tütün məmulatları əleyhinə kampaniya”nı davam etdirərək Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi və Azərbaycan Təbib Tələbələr Assosiasiyası və “Karvan” Sosial Əməkdaşlıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “ KİV-də Tütün Əleyhinə mübarizə” layihəsinə start verib. (Neçə ay???) davam edən bu layihə uğurla başa çatdırılıb.[/toggle]

[toggle title=”“İctimai həyatda könüllü fəaliyyətinin inkişaf etdirilməsi ” mövzusunda Beynəlxalq Seminar (İyun 2003-cü il)” hidden=”true”]2003-cü ilin iyun ayında AKİB Avropa Şurası Gənclər Fondunun dəstəyi ilə “İctimai həyatda könüllü fəaliyyətinin inkişaf etdirilməsi” mövzusunda Beynəlxalq Seminar keçirib. Layihə Bakıda “Gənclik” Beynəlxalq Turizm Mərkəzində baş tutub. Təlim kusru zamanı könüllü gənclər təşkilatı liderləri könüllülüyün bir çox sahələri haqqında müzakirə aparıblar. Layihənin əsas vəzifələri – könüllü və gənclər fəaliyyətində bir çox oxşar mövzuları müzakirə, analiz və müşahidə etmək üçün imkanlar yaratmaq, könüllü işi haqqında təcrübəli təlimçilər vasitəsilə lazımi biliklər almaq, iştirakçı ölkələrin ictimai sektorunda könüllülük ruhunu qaldıraraq bu cür tədbirlərin beynəlxalq səviyyədə keçirilməsinin davamlılığını artıraraq vətəndaş cəmiyyətinin inkişafına öz töhfələrini verməkdir. Layihə zamanı yerli və xarici iştirakçılar şəhərin mərkəzini gəzmək və Azərbaycanın zəngin mədəniyyəti, tarixi və müasir həyatı haqqında məlumat əldə etmək imkanı qazandılar. Onlar Bakının gözəl və görməli yerlərində oldular, xalça muzeyində Azərbaycanda xalçaçılığın tarixi, toxuma üsüllarını haqqında məlumatlandırıldılar. Qədim tarixə malik olan Qobustana da səfər təşkil olundu. Layihənin əsas məqsədlərindən biri də Azərbaycan, Gürcüstan, Estoniya və Litvadan olan iştirakçılar arasında əməkdaşlığı artırmaq idi. 4 müxtəlif Könüllü gənclər təşkilatlarının liderləri bu layihənin köməyi ilə görüşmək imkanı əldə etdilər, bir-biriləri ilə tanışlıq əlaqələri qurdular. Təşkilatlar arasında əlaqələr yaradılaraq Könüllü işi haqqında daha da geniş bilik və təcrübələr əldə olundu və eyni zamanda mədəniyyətlər arası əlaqələrin inkişafına təkan verəcək dostluq münasibətləri yaradıldı. Bu layihə həmçinin 4 müxtəlif ölkədən olan gənclər arasında inteqrasiyanın güclənməsinə təkan verərək mövcud əməkdaşlığın daha da inkişafına səbəb oldu.[/toggle]

[toggle title=”“Uşaq-Ailə-Cəmiyyət” Forumu (Oktyabr 2003-cü il)” hidden=”true”]2003-cü ilin Oktyabr ayında AKİB UNİCEF-in dəstəyi ilə Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ilə əməkdaşlıq çərçivəsində “Uşaq-Ailə-Cəmiyyət” Forumunu təşkil edib. Forumda uşaq evləri və internat müəssisələri təmsilçiləri, millət vəkilləri, UNİCEF-in; Azərbaycan Respublikası Gənclər,İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi və digər struktur təmsilçiləri uşaq problemlərini dinləyərək onların həlli yollarını araşdırmışlar.[/toggle]

[toggle title=”“Milli Səviyyədən Regional Səviyyəyə Könüllülüyün İnkişafı” mövzusunda təlim kursu (Aprel – İyul 2004-cü il)” hidden=”true”]Bu layihə “Azərbaycan Könüllülər” ictimai birliyi tərəfindən Azərbaycanın 4 regionunda reallaşıb. Layihə Gəncə, Lənkəran, Şəki və Quba rayonlarinda həyata keçirilib. Layihənin əsas məqsədi könüllü işinin mahiyyətini müəyyənləşdirilməsi, ictimai sektorda onun rolunu aydinlaşdirilmasi və könüllülüyü regional səviyyədə inkişaf etdirilməsidir. Əsas vəzifələrindən biri könüllülük ideyalarini yayaraq əyalətlərdəki könüllü və fəal gənclərə yüksək səviyyəli təlim kurslari keçmək, oradaki könüllü işinin müasir vəziyyətini müəyyənləşdirərək onun beynəlxalq və azərbaycandaki real səviyyəsi arasinda paralel təhlillər apararaq işin inkişafina mane olan problemlərin həllini müzakirə etməkdir. Əsasən, bu sahədə az təcrübəsi olan iştirakçılara üstünlük verilmişdi. Təlim kursuna qatılanlar könüllülüklə əlaqədar olan mövzular haqqında biliklər əldə etdilər. Proqrama İnsan Hüquqları haqqında biliklərin verilməsi də daxil edilmişdi. Eyni zamanda təlim zamanı digər iştirakçılar və təşkilatçılar ilə yeni tanışlıq əlaqələri quraraq gələcək fəaliyyətlətində əməkdaşlıq etmək imkanı əldə etdilər. İştirakçılar hər 4 regiondan olan bələdiyyə nümayəndələri; Gənclər, idman və Turizm idarəsinin əməkdaşları və ictimai fəal gənclər və bu sahədə yeni olan gənclərdən ibarət idi. Layihə çərçivəsində AKİB-in könüllüləri e-mail qruplar və informasiya veb-səhifələri vasitəsilə böyük məlumat-informasiya kampaniyası həyata keçirdilər. Eyni zamanda bu layihə haqqında 2 dəfə Dövlət televiziyasında və regional televiziyalarda (Quba və Gəncədə) xəbərlər yayımlandı. Əsasən, bu sahədə az təcrübəsi olan iştirakçılara üstünlük verilmişdi. Təlim kursuna qatılanlar könüllülüklə əlaqədar olan mövzular haqqında biliklər əldə etdilər. Proqrama İnsan Hüquqları haqqında biliklərin verilməsi də daxil edilmişdi. Eyni zamanda təlim zamanı digər iştirakçılar və təşkilatçılar ilə yeni tanışlıq əlaqələri quraraq gələcək fəaliyyətlətində əməkdaşlıq etmək imkanı əldə etdilər. İştirakçılar hər 4 regiondan olan bələdiyyə nümayəndələri; Gənclər, idman və Turizm idarəsinin əməkdaşları və ictimai fəal gənclər və bu sahədə yeni olan gənclərdən ibarət idi. Layihə çərçivəsində AKİB-in könüllüləri e-mail qruplar və informasiya veb-səhifələri vasitəsilə böyük məlumat-informasiya kampaniyası həyata keçirdilər. Eyni zamanda bu layihə haqqında 2 dəfə Dövlət televiziyasında və regional televiziyalarda (Quba və Gəncədə) xəbərlər yayımlandı.[/toggle]

[toggle title=”“Bələdiyyə İcma münasibətlərinin inkişaf etdirilməsi” mövzusunda layihə (İyul – Avqust 2004-cü il)” hidden=”true”]2004-cü ilin iyul avqust aylarında AKİB və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi “Save the Children” beynəlxalq təşkilatının dəstəyi ilə “Bələdiyyə İcma münasibətlərinin inkişaf etdirilməsi” mövzusunda layihə həyata keçirib. Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən Bələdiyyə və İcma təmsilçiləri bir araya gətirilərək əməkdaşlıq layihələri müzakirə edilib. Azərbaycanda demokratiyanın inkişafı və ictimai xidmətlərin yüksək səviyyəyə çatdırılmasında QHT-bələdiyyə əməkdaşlığı çox böyük rol oynaya bilər. Demokratik cəmiyyətdə bu əməkdaşlığın əsasında maraqların üst-üstə düşməsi durur. İnkişaf etmiş ölkələrdə bələdiyyə və QHT-lərin birgə əməkdaşlığı nəticəsində əhaliyə daha da geniş ictimai xidmətlər göstərilir, onların problemləri araşdırılır və ictimai vəkillik kampaniyası aparılır. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində bələdiyyələr hətta belə əməkdaşlığı rəsmi formaya salmışlar. Bu gün Azərbaycanda bələdiyyələrlə QHT-lər arasında daimi xidmətlər sahəsində olmasa da, konkret problemlərin həlli istiqamətində bir sıra uğurlu əməkdaşlıq nümunələri mövcuddur. Bələdiyyələrinin QHT-lərlə əməkdaşlıq formasından biri – QHT-lərin mövcud kadr ehtiyatlarından bələdiyyələrin öz spesifik layihələri, xidmətləri üçün geniş istifadə etməsidir. Yerli özünüidarəetmə orqanlarının QHT-lərlə əlaqələrinin gücləndirilməsi, onlar arasında dayanaqlı əməkdaşlığın qurulması, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasına və inkişafına xidmət edəcək amildir. Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, bələdiyyələr və gənclər təşkilatları arasında əməkdaşlıq əlaqələrin qurulması istiqamətində işin təşkil edilməsidir.[/toggle]

[toggle title=”“Media və Gənclər” mövzusunda təlim kursları layihəsi (Yanvar – Mart 2005-ci il)” hidden=”true”]“Media və Gənclər” mövzusunda təlim kursları Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən 2005-ci ilin yanvar – fevral aylarında Şəki, Biləsuvar və Bakı şəhərlərində keçirilib. Layihə UNESCO – nun (Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət təşkilatı) maliyyə dəstəyi ilə baş tutub. Layihənin reallaşdırılmasında Azərbaycan Jurnalistlər Birliyi və Gənclər, İdman və Turizm Nazirliyi də yaxından iştirak edib. Gənclərin KİV-in fəaliyyətində aktiv iştirakı ilə vətəndaş cəmiyyətinin inkişafı, habelə gənc nəslin liderlik qabiliyyətinin artırılması layihənin əsas məqsədlərindəndir. Təlim kurslarının keçirilməsi iştirakçılara liderlik bacarıq və biliklərinin inkişaf etdirilməsi, layihə və proqram idarəçilik imkanlarının inkişafına yardım göstərilməsi, gənclərin KİV vasitəsi ilə savadlarının artırılması, yeni informasiya texnologiyaları əsrində texniki qabiliyyətin təkmilləşdirilməsi və onlar arasında bilik və təcrübə mübadiləsinin təmin olunmasına imkan yaratmaq məqsədini güdür. Təlimlərə gənclər təşkilatlarının liderləri, KİV təmsilçiləri, universitet tələbələri və ictimai fəal gənclərlərdən ibarət 25 iştirakçı seçilmişdir. Ərizəçilərin yazdığı maraq məktubları onların seçilməsində əsas meyar olub. Təlim kursları bütövlükdə iştirakçılara KİV-lə əlaqələrin qurulması və medianın fəaliyyəti haqqında bazis mövzuların müzakirəsindən və bacarıqların yaradılmasından ibarət olub. Fəal iştirak, qrup və komanda işi, sərbəst öyrənmə təlim kursunun əsas metodologiyasını təşkil edib.[/toggle]

[toggle title=”“Beynəlxalq Gənclər Forumu -2005” layihəsi (Aprel 2005-ci il)” hidden=”true”]2005-ci ilin aprel ayında AKİB, Sərhədsiz Gənclər Təşkilatı və Azərbaycan Gənclərinin İnkişaf Mərkəzi Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhirində “Beynəlxalq Gənclər Forumu -2005”layihəsini təşkil edib. Forumda Avropa və dünyanın müxtəlif yerlərindən olan gənclər iştirak edərək ölkələrindəki gənclər siyasətini təhlil ediblər. Forumda gənclər arasında növbəti illər üçün mümkün olacaq layihələr də müzakirə edilib.[/toggle]

[toggle title=”“Yol hərəkəti qaydalarının təbliğatı” layihəsi (Aprel – May 2005-ci il)” hidden=”true”]2005–ci ilin May ayından etibarən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Yol hərəkəti qaydalarının təbliğatı” adlı layihənin icrasına başlanıb. Layihə çərçivəsində məktəblilər üçün kitabça, açıqca, poster və digər materiallar çap olunub. Layihə çərçivəsində eyni zamanda azyaşlı məktəblilər üçün yol hərəkəti qaydaları ilə bağlı silsilə təlim kurslarının keçirilməsi də daxil edilib.[/toggle]

[toggle title=”“Gənclərin bərabər İştirakı” adlı regionlarda Təlim Kursu (Aprel – İyun 2005-ci il)” hidden=”true”]Layihə 2005-ci ilin may ayından aprel ayına qədər Əli-Bayramlı, Xaçmaz, Kürdəmir, Şamaxı, Lənkaran, Yevlax, Şeki, Gəncə, Qax şəhərlərində həyata keçirilib. Layihənin əsas məqsədi gəncləri vətəndaşlıqda regional və yerli səviyyədə fəal iştirakını və onların regional qurumlarla əməkdaşlıq etmələrini təmin etməkdir. Layihənin əsas vəzifələri yerli və regional səviyyədə gəncləri ədalətsizlikdən qorumaq, onları yerli və regional səviyyədə fəal iştirakına şərait yaratmaq, yerli və regional qurumları gənclərlə yaxın əməkdaşlıq əlaqələri qurmağa cəsarətləndirmək və gənclərin təşəbbüslərinə dayaq olmaq, yerli qurumları Avropa standartlarına inteqrasiyasını gücləndirmək, gənclərin miqrasiya etməsinin qarşısını almaq və yerli gəncləri daha yaxşı şəraitlə təmin edərək onların yerli və regional ictimai işlərdə aktiv iştirakına şərait yaratmaq. Layihənin metodologiyası Azərbyacan üçün tamamilə yeni idi. İnstruktorlardan ibarət 3 Mobil Komanda yaradıldı (2-si aktiv, 1-i ehtiyat), onlar regionlara səfər edərək regional qurumların nümayəndələri arasında informasiya kampaniyası həyata keçirdilər. Əvvəlcədən planlaşdırılan 10 regionun əksər kəndlərində, yerli səlahiyyətli qurumlar tərəfindən söz verildi ki, region gənclərini qərar verici proseslərə və onların vətəndaşlıqda daha da aktiv iştirakını təmin etmək üçün yeni yolların axtarıb tapılmasına kömək edəcəklər. Keçirilən görüşlərdə, əsas istiqamət kimi gənclərin işsizlik siyasəti, təhsil və təlim siyasəti, gender bərabərliyi siyasəti, zorakılıq, cinayət və irqi ayrıseçkiliyə qarşı mübarizə siyasəti olacaqdır. Bu layihə Azərbaycan Könüllər İctimai Birliyinin gənclərin regionların səlahiyyətli qurumları arasında meidasiya ilə məlumatlandırılması və onlar arasında əməkadaşlıq və anlaşma əlaqələrinin qurulmasına imkan yaradan daha bir uğurlu layihəsi oldu. Layihə zamanı ən böyük nailiyyət isə təşkilatımızın dövlət səviyyəsinə kimi qalxması, hansı ki bu qeyri-hökümət təşkilatına kifayət qədər nadir hallarda xas olan bir hadisə idi. Bizim təşkilat dövlət qurumlarının və səlahiyyətli orqanların nümayəndlərinin bu layihədə iştiraka dəvət etdi və onlara əməkdaşlıq qurmağın sadə dilini taparaq onlara birgə fəaliyyətə dəvət etdi.[/toggle]

[toggle title=”“Gənclər Korrupsiya əleyhinə” mövzusunda təlimçilər üçün təlim kursları layihəsi (May – İyul 2005-ci il) ” hidden=”true”]“Gənclər Korrupsiya əleyhinə” layihəsi Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Gənclərinin İnkişaf Mərkəzi təşkilatları tərəfindən 29 – 31 iyul 2005 – ci il tarixdə Bakı şəhərində keçirilib. Bu layihə Dünya Bankı, Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) və Avrasiya fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının korrupsiyaya qarşı daha səmərəli mübarizəsini təşkili üçün onların imkan və bacarıqlarının təkmilləşdirilməsi; gənclər təşkilatlarını və icma gənclər qrupunun korrupsiyaya qarşı mübarizə aparmaları üçün ilkin nəzəri əsaslar və təlimlərlə təmin etmədir. Bu layihə eyni zamanda Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarına korrupsiyaya qarşı mübarizə strategiyalarını hazırlamaqda onlara dəstək olub. “Gənclər Korrupsiya əleyhinə” adlı təlimçilər üçün təlim kurslarına Azərbaycanın 4 regionundan (Şəki, Quba, Gəncə və Sumqayıt) olan təlimçilər cəlb edilmişdi.[/toggle]

[toggle title=”“Gənclər İctimai Vəkillik işində” mövzusundə təlimçilər üçün təlim kursları layihəsi (İyul 2005 – İyul 2006)” hidden=”true”]“Gənclər işində İctimai Vəkillik” layihəsi Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Gənclərin İnkişaf Mərkəzi təşkilatları tərəfindən 1-4 fevral tarixində Bakı şəhərində keçirilmişdir. Bu layihə Avrasiya fondunun və Amerika Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə reallaşmışdır. Layihənin məqsədi gənclər işində ictimai maraqların müdafiəsi, vətəndaş iştirakçılığı və lobbiçilik fəaliyyətinin inkişaf etdirilməsidir. Layihənin keçirilməsində əsas vəzifələr ictimai maraqların müdafiəso və lobbiçilik fəaliyyəti ilə bağlı gənclər arasında maarifləndirmə kampaniyasının aparılması, ictimai maraqların müdafiəsi kampaniyasına gənclərin aktiv cəlb olunması, gənclərə yeni biliklərin aşılanması və gənclərin hədəf qrupları arasında təcrübə mübadiləsinin təşkili və ictimai vəkillil işi üzrə yeni mütəxəssislər qrupunun formalaşdırılmasına dəstək göstərilməsidir. Layihənin ictimaiyyətə məlumatlandırmaq məqsədi ilə 2 təqdimat mərasimi keçirilmişdir. Təlimçilər üçün təlim proqramında 4 regiondan ( Zaqatala, Dəvəçi, Biləsuvar və Şəmkir şəhərlərindən ) 8 gənc iştirak etmişdir. Təlimçilər üçün təlim proqramı keçirildikdən sonra müəyyən edildiyi kimi 4 regionda hər birində 20 nəfər olmaqla həmin 8 təlimçilər tərəfindən 3 günlük təlimlər keçirilmişdir. Layihənin sonunda “Gənclər İctimai Vəkillik işində” adlı buklet nəşr edilmişdir.[/toggle]

[toggle title=”Azərbaycanda ilk dəfə “Gənclər Parlamenti” layihəsi” hidden=”true”]Gənclər Parlamenti ilk dəfə 2005-ci ildə Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən yaradılmışdır. Gənclər Parlamentinin yaradılmasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Space Teleradio və Yayım Şirkəti çox yaxından dəstək olmuşlar. Azərbaycanda gənclərin inkişafı dəyişikliklər dövrünə təsadüf edir. Dəyişikliklər, ictimayyətdə gedən proseslər yeni dövlət sisteminin qurulması və Ermənistan-Azərbaycan arasında olan Dağlıq Qarabağ konfliktinin həll edilməmiş dövründə baş verir. Azərbaycanda aparılan islahatların nəticələrinin müsbət olmasının əsas amillərindən biri, gənclərin iştirakının təmin edilməsidır. Aparılan islahatların əsas şərtlərindən biri ondan ibarətdir ki, gənclər dəyişikliklərə hazır olsunlar və baş verən proseslərdə fəal iştirak etsinlər. Azərbaycanda gənclərin idarəetmədə iştirak mexanizmi qənaətbəxş deyil. Gənclər Azərbaycan əhalisinin 37 %ni təşkil edir, lakin qanunvericilik, icra və bələdiyyə sistemlərində çox az təmsil olunurlar. Milli Məclisdə 124 millət vəkilindən yalnız 5 % gəncdir, bələdiyyə sistemində isə gənclər cəmi 14 % təmsil olunurlar (1999-2004 illər). Ümumilikdə isə Azərbaycan əhalisinin 67%-i 0-35 yaş arasındadır. İdarəçilik sistemində gəncləri daha da aktiv cəlb etmək məqsədi ilə, müxtəlif layihə və proqramlar həyata keçirmək lazımdır və bu prosesə gənclər təşkilatlarını və KİVin cəlb edilməsi zəruridir. Müxtəlif gənclər proqramları vasitəsi ilə gənclərin iştirak probleminin qismən olsa da həll edilməsi mümkündür, lakin bu prosesi sürətləndirmək üçün yeni bir struktur tələb olunur. Müxtəlif dövlətlərin gənclər siyasətini analiz edərək nəticəyə gəlmək olar ki, belə bir ictimai işlək struktur yalnız Gənclər Parlamentidir. Gənclər Parlamenti – gənclərin marağını və qanuni hüquqlarını ifadə edən sistemdir. Gənclər Parlamentinin əsas funksiyası ictimai-konsultativ qurum kimi fəaliyyət göstərməkdir. Gənclər Parlamentinin əsas məqsədi – gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimayyət qarşısında qaldırmaq, və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etməkdir. Gənclər Parlamentinin əsas funksiyaları – gənclər siyasətinin formalaşmasında iştirak etmək, qərarların qəbul edilməsində iştirak etmək, regionlarda yaşayan gənclərin gənclər hərəkatında iştirakını aktivləşdirmək məgsədi daşıyır. Respublikamızda baş verən ictimai-siyasi proseslər, dəyişikliklər göstərir ki, Azərbaycanda Gənclər Parlamentinin yaradılması zərurəti yaranmışdır və gənclər parlamentarizm ideyasını gənclər arasında təbliğ etməlidir. Gənclər parlamentarizm ideyasının məqsədi gəncləri maraqlandıran məsələləri müzakirə etmək, gəncləri narahat edən problemləri hakimiyyətin və ictimaiyyətin diqqətinə çatdırmaq, gənclərin qanuni hüquqlarını və azadlıqlarını qorumaq, gəncləri əhatə edən qərarların qəbulunda iştirak etməkdir. Gənclər Parlamentinin hal-hazırda yaradılmasının məqsədi seçkilər ərəfəsində gənclər arasında seçki mədəniyyətinin təbliğ edilməsi, seçkilərdə gənclərin aktivliyinin təmin edilməsi, gənc namizədlərin aşkara çıxarılması, efir vasitəsi ilə gənclər arasında təbliğat və hüquqi maarifləndirmə kampaniyasının neytral qaydada aparılması, gənclərin seçkilərlə bağlı biliklərinin artırılması, və ən əsası gənclər parlamentarizm ideyasını təbliği.[/toggle]

[toggle title=”“Gənclərin mediasiya ilə bağlı məlumatlandırılması” layihəsi (Oktyabr 2005 – Mart 2006)” hidden=”true”]2005-ci ilin dekabrından 2006-cı ilin yanvar ayınadək AKİB Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə “Gənclərin mediasiya ilə bağlı məlumatlandırılması” layihəsini icra etmişdir.Layihə çərçivəsində Azərbaycanın 4 regionunda təlim kursları həyata keçirilmişdir. İctimai maraqların müdafiəsi cəmiyyətdə sosial dəyişiklərə nail olmaq üçün ictimaiyyət tərəfindən həyata keçirilən və özündə müxtəlif lobbiçilik və qərar verici insanlara təsir mexanizmlərini əks etdirən bir təbliğat vasitəsidir. Bura cəmiyyət üçün önəm daşıyan bir çox sahələr mövcuddur, məsələn gənclər siyasəti, gender, insan hüquqları, işsizlik, QİÇS və narkomaniya əleyhinə mübarizə, biznes, regional inkişaf, qloballaşma və digər ictimaiyyəti maraqlandıran məsələlər daxildir. İctimai vəkilliyin özəyini kollektiv iş (koalisiyalar), onların əlaqələri, təsir vasitələri, təcrübə və bilikləri təşkil edir. İctimai vəkillik sosial ədalətin, bərabərliyin və sülhün bərqərar olması məqsədini güdür və heç bir siyasi hakimiyyətə yiyələnmək məqsədi daşımır. Demokratik islahatların uğurlu olması və sürətlə inkişaf etməsi ictimaiyyətin bütün təbəqələrindən asılıdır, o, cümlədən də gənclərdən. Azərbaycanda gənclərin iştirakı və təmsilçilik məsələsi xüsusi önəm kəsb edir, çünki əhalinin 65%-dan çoxunu uşaq və gənclər təşkil edir. Keçirilimiş layihənin əsas məqsədi Azərbaycanda gənclərin mediasiya ilə məlumatlandırılmasıdır.[/toggle]

[toggle title=”Şəmkir, Biləsuvar, Dəvəçi, və Zaqatalada Gənclər İşində İctimai Vəkillik Layihəsi (Dekabr 2005 – Yanvar 2006)” hidden=”true”]Gənclər işində ictimai vəkillik xüsusi önəm kəsb edir. Yeniyetmələr və gənclər təsirlərə daha çox məruz qalır. Gəncləri düzgün istiqamətləndirmək məqsədi ilə, onlara ilk növbədə demokratiya, ictimai maraqların müdafiəsi, vətəndaş iştirakçılığı və təmsilçilik modelləri haqqında konkret biliklər və zəruri informasiya verilməlidir. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda ictimai vəkillik kampaniyası olduqca zəif təşkil olunub. Gənclər işində isə advokasi kampaniyası demək olar ki, hiss olunmur. Bu istiqamətdə işin təşkili Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə xidmət edəcək. Gənclər işində ictimai vəkillik fəaliyyətinin ən önəmli istiqamətindən biri iştirakçılıqla bağlı ictimai vəkillikdir. İştirakçılıqla bağlı ictimai vəkillik vətəndaş cəmiyyəti qruplarını siyasi müzakirələrə cəlb edilməsini özündə ehtiva edir və ictimai qərarların qəbul edilməsi sərhədini genişləndirir. İctimai vəkilliyin bu növü ictimai sahəni və vətəndaş fəaliyyətini genişləndirmək məqsədi daşıyır. Bu layihənin əsas məqsədi Azərbaycanda ictimai vəkillik işinin təşkili və bu prosesə aktiv olaraq gənclər təşkilatlarını cəlb edilməsidir. İctimai vəkillik “vətəndaş iştirakçılığı” və “ictimai maraqların müdafiəsi” üzərində qurulur. İctimai vəkillik işınə gənclər təşkilatlarını cəlb edərək gənclərin təşkilatlanması prosesini sürətləndirmək olar. Bu prosesi ilk növbədə bölgələrdən başlamaq lazımdır, çünki regionlarda məskünlaşmış gənclərin təşkilatlanması olduqca aşağı səviyyədədir. Gənclər işində ictimai vəkillik kampaniyasının əsas məqsədi mövcud problemin həllinə aidiyyatı qurumların diqqətini cəlb etmək və ictimaiyyət arasında təbliğat kampaniyasını aparmaqla mövcud problemin həllini sürətləndirmək və onu nəzarətdə saxlamaq vəzifəsini daşıyır. İctimai vəkillik kampaniyasının məqsədinə çatmaq üçün bizim təşkilat, Azərbaycan Könüllülər İctimai Birliyi, bölgələrdə maarifləndirmə işinin təşkilini təklif edir. Maarifləndirmə işi treyninq-kurs formasında olmuşdur. Treyninq-kurs iştirakçıları regionlarda yaşayan aktiv gənclərdən ibarət bir qrup təşkil edirdi. Treyninq-kurslar Zaqatala, Dəvəçi, Biləsuvar və Şəmkir şəhərlərində həyata keçirildi. Hər şəhərdə treyninq-kurs 3 gün müddətində 40 nəfər üçün təşkil edildi. Təlim iştirakçılarının ümumi sayı isə 160 nəfər idi. Layihə çərçivəsində “Gənclər işində ictimai vəkillik” adlı buklet hazırlanıb 5000 tirajla nəşr edilərək müztəlif regionlarda gənclərə paylanıldı. Təlim kursları sona bitdikdən sonra AzTV1 və Space TV kanalında bu mövzu haqqında 2 veriliş hazırlanaraq efirə verildi. Layihə zamanı təlimlərdə aşağıdakı mövzularda maraqlı diskussiyalar aparılıb. · İctimai vəkilliyin sosial əhəmiyyəti; · Güclü ictimai vəkillik təşəbbüslərinin planlaşdırılması və həyata keçirilməsi; · İctimai vəkilliyin “fəaliyyət siyasəti” strategiyası; · Alyans və koalisiyaların yaradılması;[/toggle]

[toggle title=”Yevlax rayonunun İdman məktəblərinin bədən tərbiyəsi avadanlıqları ilə təchiz edilməsi layihəsi (Dekabr 2005 – May 2006)” hidden=”true”]2006-cı ilin yanvar ayından etibarən AKİB Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Yevlax şəhəri və ətraf kəndlərin idman məktəblərinin bədən tərbiyəsi avadanlıqları ilə təchiz edilməsi ilə əlaqədar layihənin icrasına başlanılıb.[/toggle]

[toggle title=”“Hər Kəs Fərqli – Hər Kəs Bərabər” kampaniya çərçivəsində “Gəlin Fəqliliyə Qoşulaq” adlı Beynəlxalq Təlim Kursu (Mart – İyul 2006-cı il)” hidden=”true”]Azərbaycan Könüllülər İctimai Birliyi 2006-ci ilin iyul ayında “Hər Kəs Fərqli – Hər Kəs Bərabər” adlı kampaniya çərçivəsində “Gəlin Fəqliliyə Qoşulaq” adı altında beynəlxalq təlim kursu təşkil edib. Təlim Kursunda 9 ölkədən olan gənclər iştirak ediblər. Təlim Kursu Azərbaycanın gözəl güşələrindən biri olan Qəbələ rayonunda keçirilib. “Hər Kəs Fərqli – Hər Kəs Bərabər” adlı kampaniya artıq Avropada 10 ildən çoxdur ki, keçirilir və miqyasına görə köhnə qitədə çox geniş yayılan bir kampaniyadır. Kampaniyanın əsas fundamental prinsiplərindən biri cəmiyyətdə hər kəsin öz milli, dini, mədəni və digər dəyərlərinə görə fərqli və eyni zamanda hər kəsin öz sosial, hüquqi, o cümlədən milli, dini, mədəni mənsubiyyətlərinə əsasən bərabər olduğunu təbliğ etməkdir. Avropanının ayrılmaz hissəsi olan Azərbaycanda bu kampaniya ilə bağlı bir çox tədbir və layihələr həyata keçirilib. Beynəlxalq təlim kursu 9 ölkədən olan gəncləri bir araya yığmaqla öz ölkələrində bu kampaniyanın sosial, məşğulluq və ayrıseçkilik əleyhinə mübarizə kimi əsas komponentlərinin gənclər arasında təbliği və onların cəmiyyətdə yayılmasında fəal iştirakına nail olmağı qarşısına əsas məqsəd kimi qoyub. Belə ki, hər bir cəmiyyətdə gender bərabərsizliyi, gənclərin sosial və məşğulluq kimi hüquqlarının pozulması, etnik azlıqlara mənsub olan gənclərin cəmiyyətin ictimai və sosial həyatında passiv iştirak etməsi bu kampaniyanın əsas komponentlərinin pozulması kimi dəyərləndirilir. Təlim kursunun məqsədi 9 ölkədən olan gəncləri cəlb etməklə onları bu kampaniya haqqında maarifləndirmək və sonradan öz təşəbbüsləri ilə cəmiyyətlərində bu kampaniyanın əsas komponentlərinin pozulmasına qarşı mübarizəyə yönəltməkdir. Təlim kursunun keçirilməsində məqsəd “Hər Kəs Fərqli – Hər Kəs Bərabər” adlı kampaniyanın əsas komponentlərindən olan cəmiyyətdə gender bərabərliyi, tolerantlıq, milli, etnik və mədəni azlıqlara mənsub olan gənclərin ölkələrinin ictimai, sosial həyatına və digər sahələrinə fəal qoşulması kimi prinsiplərin gənclər vasitəsilə daha geniş yaymaqdır. Layihənin əsas vəzifələri – müxtəlif bölgələrdən olan gəncləri maarifləndirmək, onları fəal sürətdə bu işə cəlb edərək kampaniyanın işində rolunu artırmaq, habelə formal və qeyri-formal təhsil metodlarından istifadə edərək gənclərin, öz ölkələrində bu kampaniyanın geniş yayılmasında iştirakını gücləndirmək.[/toggle]

[toggle title=”Azərbaycanın 4 regionunda AİDS-lə mübarizə təlim kursları (Mart – İyun 2006)” hidden=”true”]Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən hazırlanan “SAĞLAMLIĞINA SƏS VER” proqramının həyata keçirilməsində başlıca məqsəd milli-mənəvi dəyərləri qorumaqla, yoluxma təhlükəsi yaradan davranış modellərinin azaldılmasına yönələn maarifləndirmə işinin təşkili və bu problemlərin qismən aradan qaldırılması istiqamətində effektiv əməkdaşlığın qurulmasıdır. · Narkomaniya və AİDS probleminin mövcudluğunu ictimai müzakirə səviyyəsinə qaldırmaq; · Gənclər arasında şəxsi məsuliyyəti dərk etmək və təhlükəsiz davranış vərdişlərini aşılamaq; · Narkomaniya və AİDS-lə mübarizə kampaniyasına aktiv olaraq gəncləri cəlb etmək; Layihənin əsas fəaliyyət istiqaməti narkomaniya və AİDS xəstəlikləri haqqında gənclər arasında maarifləndirmə işinin aparılmasıdır. Bu iş çərçivəsində 4 rayon mərkəzlərində 120 gəncə treninq-kurslar təşkil edilərək əyani çap materialları əhali arasında paylanıb və yerli KİV-də narkomaniya və AİDS-lə mübarizə geniş işıqlandırılıb. Layihə Sabirabad, İmişli, Zərdab və Beyləqan şəhərlərində həyata keçirilib. Üç günlük təlim kurslarının iştirakçıları gənclər təşkilatlarının nümayəndələri, gənc həkim, polis və bələdiyyə qulluğunda çalışan gənclər olub. 26 iyun 2006-cı il – Ümumdünya Narkomaniya Mübarizə günündə isə “SAĞLAMLIĞINA SƏS VER” devizi altında 4 rayon mərkəzində yürüş aksiyası baş tutub. Layihə çərçivəsində narkomaniya və AİDS haqqında A4 formatında buklet, A2 formatında 2 növdə illüstrativ poster hazırlanaraq əhali arasında paylanılıb və sosial iaşə obyektlərində divarlara yapışdırılıb. Təlim kurslarının keçirilməsi üçün ekspertler də dəvət edilib. Nəzəri biliklərlə yanaşı təlim iştirakçılarına narkomaniya və AİDS-ə qarşı mübarizə kampaniyasının aparılmasının metodları və bu sahədə gənclərin ictimai maraqlarının müdafiəsi işinin təşkili haqqında treninq iştirakçıları kifayət qədər dolğun və zəruri informasiya əldə ediblər. Layihənin vəzifələri: HİV/AİDS və narkomaniyanın zərəri baxımından təhlükəsiz davranışı təbliğ edilməsi; Narkomaniya və HİV/AİDS-dən qorunmaq sahəsində və təhlükəsiz davranış mövzusunda 4 rayonda treninq-kursların keçirilməsi; Narkomaniya və HİV/AİDS-lə mübarizə kampaniyasına gənclərin cəlb edilməsi, əyani materialların hazırlanması, çap edilməsi və əhali arasında paylanılması; 26 İyun Ümumdünya Narkomaniya ilə mübarizə günündə 4 rayon mərkəzində gənclərin kütləvi yürüş aksiyasını təşkil edilməsi; KİV-də layihənin nəticələrini işıqlandırılması; Layihənin nəticələrinin qiymətləndirilməsi[/toggle]

[toggle title=”Şamaxıda “Bologne Rouge” İdman Layihəsi (İyun 2006) ” hidden=”true”]2006-cı ilin may ayından etibarən AKİB Avropa Şurasının Gənclər və İdman Direktorluğu ilə idman sahəsində əməkdaşlığa başlayıb. Bu qəbildən olan ilkin layihə kimi 2006-cı ilin iyun ayının 23-dən 30-dək AKİB Avropa Şurasının dəstəyi ilə Şamaxı Olimpiya Kompleksində “Bologne Rouge” idman layihəsini həyata keçirdi. Layihə çərçivəsində İngiltərədən olan idman ustaları Azərbaycan və Gürcüstanın qaçqınlarla işləyən idman məktəblərinin müəllimləri üçün təlimlər təşkil etdi.[/toggle]

[toggle title=”“Gənc liderlərin şəbəkələşmə bacarıqlarının artırılması” layihəsi (2009-2010)” hidden=”true”]Layihənin məqsədi Azərbaycanın 10 regionunda 120 gənc liderin şəbəkələşmə bacarıqlarını artırmaqla onların arasında uzunmüddətli şəbəkələrin qurulması və bu yolla onların birgə fəaliyyətə ruhlandırılmasıdır. Layihənin fəaliyyəti Azərbaycanın Şəki, Zaqatala, İsmayıllı, Mingəçevir, İmişli, Şirvan, Gəncə, Qazax, Gədəbəy və Sumqayıt şəhərlərini əhatə edəcəkdir. Müddəti 12 ay olacaq layihə çərçivəsində gənc liderlərin şəbəkələşmə bacarıqlarını artırmaqla onların arasında uzunmüddətli şəbəkələrin qurulması üzrə təlim – seminarlar keçiriləcək, müzakirələr aparılacaqdır. Layihə çərçivəsində zonal təlimlər yekunlaşdıqdan sonra təlim iştirakçıları üçün düşərgələr keçiriləcək. Bu düşərgələrin sayının 4 olması planlaşdırlır. Layihənin sonuncu mərhələsində isə layihə iştirakçıları üçün “Gənc Liderlər üçün Yaz Universiteti” keçiriləcəkdir. Qeyd etmək istərdik ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və “Counterpart International” təşkilatı tərəfindən dəstəklənir.[/toggle]

[toggle title=”“Gənclər fəaliyyətdə” layihəsi (20 Sentyabr – 08 oktyabr 2012)” hidden=”true”]

Layihənin keçirilməsində əsas məqsəd “Gənclər Fəaliyyətdə” beynəlxalq proqramının imkanlarından istifadə edərək Azərbaycan gənclərinin  beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi layihəsini həyata keçirir ki, bu da  Ali təhsil müəssisələrində təhsil alan gənclər, regionda olan gənclər və QHT – lər üçün Avropa Komissiyasının “Youth in Action” (Gənclər Fəaliyyətdə) Proqramının mahiyyəti, iş prinsipi və fəaliyyət istiqamətlərinə dair təlim kursunun keçirilməsi və proqramla işləmək bacarıqlarını öyrətməkdir. Bu da Avropa İttifaqı çərçivəsində keçirilən layihələrdə Azərbaycan gənclərinin aktivliyi artıracaq və Avropa gənclər təşkilatları və Azərbaycan gənclər təşkilatları arasında əməkdaşlıq əldə etmək imkanı yaradıb.

İlk olaraq 20-27 sentyabr  2012 – ci il tarixlərində 50 (əlli) nəfər regiondan olan aktiv gənclərə təlimlər keçirilmişdir. Daha sonra 01- 07 oktyabr 2012 –  ci il tarixlərində eyni mövzu üzrə Bakı şəhərində təhsil alan  gənclərə təlimlər keçirilmişdir.

Layihənin davamlılığının təmin edilməsi üçün layihə çərçivəsində görülmüş işlərdən, qazanılmış təcrübələrdən və əlaqələrdən geniş istifadə etməklə iştirakçılar bu proqram üzrə əldə etdikləri bilikləri öz regionlarında və təhsil aldıqları müəssisələrdə bölüşəcəklər.[/toggle]

[toggle title=”“Mənim Peşəm Festivalı” (07-09 avqust 2013 )” hidden=”true”]

Festivalın açılış mərasimi 09 avqust 2013 –cü il tarixində saat 15:00 da Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, bir sıra QHT nümayəndələri və müxtəlif istedadlı peşə sahibi olan gənclər iştirak etmişdir.

 İlk olaraq Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev  çıxış edərək festivalı açıq elan edib. O, bildirmişdir ki, festival çərçivəsində əsas hədəfimiz müxtəlif peşə fəaliyyəti ilə məşğul olan gəncləri bir araya gətirərək onların bilik və bacarıqlarını üzə çıxararaq daha da uğurlu olmaları üçün mütəxəssislərin təcrübələrini onlara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir.

 Daha sonra Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının direktor müavini Vahid Fərzəliyev gəncləri salamlayıb və onlara uğurlar arzu etmişdir.

Qeyd edək ki, layihədə müxtəlif peşələrə sahib olan istedadlı gənclər və gənc mütəxəssislər iştirak edərək öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə etdilər. Gənc mütəxəssislər skripka ifaçısı və aktrisa Dəniz Tacəddin, tar ifaçısı İlkin Yaqublu, fotoqraf Fuad ƏsgərovOrxan Əzimov, Pinhol fotoqrafiya üzrə təlimçi Xanım Əliyeva və rəssam Cəmilə Əliyeva öz peşələri haqqında gənclərə məlumat verdilər və onları maraqlandıran sualları cavablandırdılar. Rəssam, musiqiçilər, fotoqraflar, pinhol peşəsinin sahibləri öz bacarıqlarını gənclərə nümayiş etdirdilər. Daha sonra festival əyləncəli oyunlarla davam edib  və sonda festival iştirakçılarına sertifikatlar, təlimçilərə isə göstərdikləri dəstəyə görə təşəkkürnamələr təqdim edilmişdir.

Xatırladaq ki, 50 nəfər gənci bir araya gətirən “Mənim Peşəm Festivalı” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin aktiv sosial inteqrasiyasını təmin etmək, peşə sahəsində fəaliyyət göstərən aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da təkmilləşdirmək və onların sosial aktivliyini artırmaqdan ibarətdir  Ətraflı burda …..[/toggle]

  • “Children is our future” Educational project in the orphanage  3 of Baku city (January 2001 year)
  • International Workcamp in the “Istisu” Refugee camp of Lenkeran (September 2001 year)
  • Organizing Study Visit of teachers and students of IBU to Azerbaijan (September 2001 year)
  • Organizing exhibition of handicrafts and paintings of disabled children in Baku (December 2001 year)
  • Publishing, distributing and training of book in Azeri and Russian on “Harms of Smoking” (April 2002)
  • Social and Educational project through intercultural learning dedicated to children orphans (June 2002)
  • Joint Struggling campaign against smoking (Azerbaijan Medical Students Association) (January 2003)
  • International Training Course in Azerbaijan “Increasing volunteerism in the public sector” (June 2003)
  • Children – Family – Society Forum  (Joint project with Azerbaijan Young Lawyers Union) (October 2003)
  • Local Training Course “Developing volunteerism from international to national, from national to regional level” (April – July 2004)
  • Development of community – municipality relations (Bridge to Future Public Union) (June – August 2004)
  • Training courses titled “Youth & Media” in Sheki, Bilasuvar, Baku (January-March 2005)
  • Organizing International Youth Forum-2005 in Baku (Youth without Frontiers, Azerbaijan Youth Development Center)
  • Organizing Traffic Safety Awareness Campaign (April – May 2005)
  • “EQUAL Youth Participation” Training Course in the regions (April – June 2005)
  • “Youth campaigns against corruption” training course for trainers from 4 regions project (Azerbaijan Youth Development Center) (May – June 2005)
  • “Advocacy in youth work” training course for trainers from 4 regions project (Azerbaijan Youth Development Center) (July 2005 – July 2006)
  • The first time in Azerbaijan “Youth Parliament”
  • Development of the Youth Advocacy and Mediation Skills in Azerbaijan (October 2005 – March 2006)
  • Youth Advocacy project in Shamkir,Bilasuvar,Davachi and Zagatala (December 2005 – January 2006)
  • Providing Sport Schools of Yevlakh region of Azerbaijan with Sport equipments (December 2005 – May 2006)
  • International Training course “Let Us Join for Diversity” dedicated to “All Equal All Different” Campaign of CoE (March – July 2006)
  • Organizing training courses against AIDS in 4 regions of Azerbaijan (March – June 2006)
  • European Youth Forum in Baku (January –February 2009)
  • “Unity in diversity” International Training Course (March, 2009)
  • MODEL OF YOUTH TOLERANCE (April, 2009)
  • Increasing volunteerism in the public sector (April-May 2009)
  • Lideship camp (May- June 2009)
  • Municipality-2009 (August-December 2009)
  • Providing schools (clubs) of Bilasuvar district with sport equipment (August – November 2009)
  • The Development of Municipal and Women relations (September 2009)
  • Leadership Academy (April – June 2010)
  • Training courses titled “Youth & Media” (July 2010)
  • “New Action Model of Youth Partnership” International Training Course in Azerbaijan (July –September 2010)
  • “Youth Parliament” – 3 ( November – December 2010)
  • Increasing networking skills of Young Leaders (November 2010 – January 2011)
  • Volunteer’s Academy (January -February 2011)
  • Training courses “Networking of youth” (February –March 2011)
  • Training courses “Social Media” (March 2011)
  • Say no to computer illiteracy (June 2011)
  • “Youth campaigns against corruption” training course (June-July 2011)
  • “Human rights – as the tool for peace building National Training Course” in Azerbaijan (July 2011)
  • ‘Project management’ Training Course (August –September 2011)
  • Leadership Academy -2 (September 2011)
  • “Let’s Make A Real Youth Partnership” International Youth Exchange in Azerbaijan (October 2011)
  • Organizing training courses against AIDS (November December 2011)
  • Youth in Action (August 2012)