AKİB nümayəndələri Estoniyada keçirilən Erasmus+ proqramında iştirak ediblərRepresentatives of AVPU took part in the Erasmus Pluse program in Estonia

01  – 08 sentyabr 2014 –cü il  tarixlərində Estoniyanın Neliyarve adlanan regionunda Avropa Komissiyasının təşkil etdiyi Erasmus+ proqramı çərçivəsində  “European Citizenship: learn and act” adlı beynəlxalq layihə keçirilmişdir.

Layihə Estoniyanın Mitra adlı təşkilatının təşkilatçılığı, Baltik (Estoniya, Latviya, Litva) və Qafqaz (Azərbaycan, Ermənistan və Gürcüstan)  ölkələrindən olan Aİ və Aİ qonşu ölkələrdən hər birindən 5 iştirakçı olmaqla ümümilikdə 30 nəfər  gənc üçün mədəniyyətlərarası təhsil təcrübəsi olmuşdur. Azərbaycan Könüllülər İctimai Birliyi də bu beynəlxalq layihənin keçirilməsində tərəfdaş olaraq iştirak edib.

Layihənin məqsədi: gənclərin aktiv vətəndaşlığını, həmrəyliyi inkişaf etdirmək, Avropa dəyərlərini istifadə etməklə iştirakçı ölkələrdən olan gənclərin bilik və bacarıqlarını nümayiş etdirilməsinə imkan yaratmaq və Erasmus + proqramı çərçivəsində birgə gələcək layihələrin işlənməsinə həvəsləndirməklə onlardan ibarət şəbəkə yaratmaqdır.

Layihə çərçivəsində iştirak edən hər bir ölkənin gənclər siyasətinin və gənclər təşkilatının təqdimatı keçirilmişdir. İştirakçılar Azərbaycan mövzud gənclər siyasəti haqqında geniş məlumat verilmiş və bu istiqamətdə keçirilən layihələr haqqında bukletlər, statistik məlumatlardan ibarət video və təqdimatlar nümayiş edilmişdir. Bununla yanaşı olaraq hər hər bir ölkəyə bir gün vaxt ayrılmışdır ki, həmin günlər ərzində iştirakçı ölkələrin gəncləri müxtəlif mövzularda təlimlər keçiblər, komanda işləri görülüb və günün sonunda həmin ölkənin mədəniyyət gecəsi keçirilib.

Layihənin 2 – ci günü Azərbaycana həsr olunmuşdu. Bu gün ərzində iştirakçılara Sosial Media, Bloq yaratmaq və onun imkanlarından istifadə etmək, Könüllülük və şəbəkələşmə kimi mövzulardan təlimlər keçirilmiş və bu mövzulara uyğun komanda işləri təşkil olunmuşdur.

Qeyd edək ki, bu layihədə ölkəmizi Azərbaycan Könüllülər İctimai Birliyini sədri İmaməddin Quliyev və həmin təşkilatın 4 nümayəndəsi Həsən Həsənli, Əzizağa Atakişiyev, Nahid Quliyev və Rais Rəsulov təmsil ediblər.

Azərbaycanın mədəniyyət gecəsində iştirakçılara Azərbaycan haqqında geniş və ətraflı məlumat verilmiş, Azərbaycana aid  milli məhsulların, mədəniyyətin və s. təqdimatı keçirilmişdir.

Layihənin son günündə iştirakçılar üçün Estoniyanın paytaxtı Tallin şəhərində ekskursiyalar təşkil olunmuşdur. Ekskursiya çərçivəsində Estoniyanın Parlamenti ilə də tanış olmaq imkanı yaranmışdır. Parlamentə ziyarət zamanı Azərbaycan heyətinin Estoniya parlamentinin X və Xİ çağırışlarının deputatı, Narva Humanitar Gimnaziyasının Qəyyumlar Şurasının, Pro Narva Mərkəzi İdarəsi Şurasının, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin, “Aleksandr kilsəsi”nin Şura üzvü, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti  Eldar Əfəndiyev ilə də görüşmək imkanı yaranmışdır.

 “European Citizenship: Learn and Act” international project took place on 01-08 September, 2014 in Estonia, Nelijarve district in the framework of the Erasmus+ program organized by the European Commission.

The project has been an experience of intercultural education for overall 30 young people, including 5 participants from each country ranging from EU/Baltic (Estonia, Latvia and Lithuania) to Caucasus (Azerbaijan, Armenia and Georgia).  Azerbaijan Volunteers’ Public Union has attended the project also as a partner for the host Estonian organization, Mitra.

Purpose of the project:  active citizenship of youth, development through solidarity, suitable environment for the participants to show their knowledge and skills by using European values, network of the youth project initiators who is willing to cooperate with the Erasmus+ program.

During the project participant countries presented their organization and youth policy. The presentation included information about Azerbaijan state youth policy and projects realized through this program. One day was dedicated to each country so that they cloud present their culture, share booklets, statistical videos and hold trainings, teamwork on different topics.

On the second day of the project Azerbaijani group organized teamwork activities and delivered trainings on Social Media, Blogging/Networking and Volunteering to the participants.

In this international event Azerbaijan was represented by the president of the Azerbaijan Volunteers’ Public Union, Imamaddin Guliyev and 4 delegates of this organization, Hasan Hasanli, Azizagha Atakishiyev, Nahid Guliyev and Rais Rasulov.

In Azerbaijani cultural night all important information was given to the participants about Azerbaijani traditions, cuisine, tourism, production/business and etc.

On the last day of the project an excursion was organized for the participants in the capital of Estonia, Tallinn. The excursion included a visit to the Estonian Parliament. During this official visit, Azerbaijani representatives got a chance to meet Eldar Afandiyev, deputy of the Estonian X and XI Parliaments , member of Narva Humanitarian Gymnasium  Board of Trustees, Pro Narva Central Institution Council, Board of Directors of the World Azerbaijanis Congress, Alexander Cathedral Council and the first vice-president of the Europe Azerbaijanis Congress.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmiş və , , , , , , , , , , , , , , , , , , , , , , , , ilə etiketlənmişdir. Daimi bağlantını seçilmişlərə əlavə dein.