“SHOW YOUR CULTURE THROUGH YOUR OWN LANGUAGE” adlı beynəlxalq layihə keçiriləcək.“Show Your Culture Through Your Own Language” YIA Programme-Action 3.1.a

12 -19 aprel 2014 –cü il  tarixlərində Türkiyənin Hakkari şəhərində “SHOW YOUR CULTURE THROUGH YOUR OWN LANGUAGE” adlı beynəlxalq layihə keçiriləcəkdir. Avropa İttifaqının Gənclər fəaliyyətdə proqramının 3.1 Youth Exchanges çərçivəsində keçirilən bu layihə Türkiyə, İtaliya, Gürcüstan, Azərbaycan, Ukraniya, Rumuniya və Polşadan olan təşkilatların tərəfdaşlığı ilə  baş tutacaq. Azərbaycan Könüllülər İctimai Birliyi də bu beynəlxalq   layihənin keçirilməsində tərəfdaş olaraq iştirak edir.
Layihə 7 ölkədən  4 iştirakçı + 1 qrup lideri olmaqla ümumilikdə 35 iştirakçının iştirakı ilə baş tutacaq.

Layihənin məqsədi: gənclərin aktiv vətəndaşlığını, həmrəyliyi inkişaf etdirmək, Avropa Birliyində ictimai uyğunlaşdırmanı gücləndirmək məqsədilə gənclər arasında dözümlülüyü, fərqli ölkələrdəki gənclər arasında qarşılıqlı anlayışı və xüsusilikdə isə Avropa vətəndaşlığını təşviq etməkdən ibarətdir.

Layihənin keçiriləcəyi məkan: Türkiyə Hakkari şəhəri (Hakkari haqqında: http://en.wikipedia.org/wiki/Hakkari )
Qarşılanan xərclər: Yaşayış və yemək xərcləri 100%, yol xərcləri 70% layihəni təşkil edən təşkilat tərəfindən qarşılanacaq. Qalan 30% yol xərcini isə iştirakçılar özləri qarşılayacaqlar.

Bu layihədə ölkəmizi və Azərbaycan Könüllülər İctimai Birliyini təmsil etmək istəyənlər aşağıdakı ərizə  formasını doldurmaqla müraciət edə bilərlər.
Namizədlər üçün tələblər
Yaş həddi 18-25 (bir qrup lideri üçün yaş həddi yoxdur)
Xarici pasportun olması
Layihənin işçi dili ingilis dili: Layihədə iştirak edəcək şəxslərin seçimi zaman ingilis dilində sərbəst danışması və ölkəmizi təqdim etmək bacarığına malik olan şəxslərə  üstünlük veriləcək.
Müraciət üçün son tarix 15 mart 2014 –cü il saat 18 :00
İştirakçılarım seçimi 2 mərhələdə aparılacaqdır. Birinci mərhələ ərizə formasına əsasən, ikinci mərhələdə isə müsahibə mərhələsindən uğurla keçən iştirakçılara üstünlük veriləcəkdir.

Əlaqə vasitləri:
Email:info@avpu.az
Telefon: +994124928877
Mobil: ++94507981186
Əlaqələndirici şəxs: Fərid Hacızadə (AKİB beynəlxalq əlaqələr üzrə koordinator)

Bu yazı Beynəlxalq, Elanlar kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.