“ Azərbaycan Gənclərinin I Könüllülük Forumunda iştirak üçün 1000 nəfər müraciət edib”“Azərbaycan Gənclərinin I Könüllülük Forumunda iştirak üçün 1000 nəfər müraciət edib”

Azərbaycan Gənclərinin I Könüllülük Forumunda iştirak üçün artıq 1000 nəfər gənc müraciət edib. Daxil olan müraciətlər yaxın günlərdə Forumun Təşkilat Qrupu tərəfindən incələnəcək və seçimlər həyata keçiriləcək. Forumda iştirak hüququ qazanacaq 100 şəxsin adı yaxın iki gün ərzində www.avpu.az saytında açıqlanacaq.

100 nəfər gənci bir araya gətirəcək Forum  27 – 30 aprel 2013 –cü il tarixləri arasında Gəncə şəhərində yerləşən Ramada Hoteldə baş tutacaq.

“Azərbaycan Gənclərinin I Könüllülük Forumu”nun keçirilməsində əsas məqsəd aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qrupların yaradılmasını və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyasını təmin etmək, peşəkar  mütəxəssislərin təcrübələrini iştirakçılara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir. Xüsusilə 2013-cü il ölkəmizdə “İnformasiya və kommunikasiya ili” kimi elan olunması ilə əlaqədar olaraq forum iştirakçılarının internetə olan marağını artırmaq və yeni media vasitələrindən effektiv istifadə etməsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu da gələcəkdə ölkəmizdə keçiriləcək beynəlxalq və kütləvi tədbirlərin təşkilində könüllülərə ehtiyac olduqda onların təmin olunmasına və eyni zamanda gənclərin könüllü fəaliyyətinə stimul yaradacaq.

Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyininin birgə  təşkilatçılığı,  Gəncə şəhər İcra Hakimiyyəti, “İRƏLİ” İctimai Birliyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dəstəyilə həyata keçiriləcək.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir