Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyininin birgə təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyəti, “İRƏLİ” İctimai Birliyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dəstəyilə Azərbaycan Gənclərinin I Könüllülük Forumu keçiriləcək.
Forum “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.9. Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi bəndinə uyğun olaraq həyata keçirilir.
100 nəfər gənci bir araya gətirəcək Forum 27 – 30 aprel 2013 –cü il tarixləri arası Gəncə şəhəri Ramada Hoteldə baş tutacaq.
“Azərbaycan Gənclərinin I Könüllülük Forumu”nun keçirilməsində əsas məqsəd aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qrupların yaradılmasını və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyanı təmin etmək, peşəkar mütəxəssislərin təcrübələrini iştirakçılara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir. Xüsusilə 2013-cü il ölkəmizdə “İnformasiya və kommunikasiya ili” kimi elan olunması ilə əlaqədar olaraq forum iştirakçılarının internetə olan marağını artırmaq və yeni media vasitələrindən effektiv istifadə etməsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu da gələcəkdə ölkəmizdə keçiriləcək beynəlxalq və kütləvi tədbirlərin təşkilində könüllülərə ehtiyac olduqda onların təmin olunmasına və eyni zamanda gənclərin könüllü fəaliyyətinə stimul yaradacaq.
İştirak üçün müraciət:
14-29 yaş arası şəxslər Forumda iştirak üçün müraciət hüququna malikdir. Forumun iştirakçıları seçim əsasında müəyyən olunacaq və yalnız regionlardan müraciət edən gənclərə üstünlük veriləcəkdir .
İştirak üçün müraciət etmək istəyənlər 22 aprel 2013 –cü il tarixinə qədər qeyd olunan linkə http://avpu.az/volunteersaz daxil olub ərizə formasını tam doldurub müraciət edə bilərlər.