AKİB sədrinin BakuPosta müsahibəsiAKİB sədrinin BakuPosta müsahibəsi

Xarici ölkələrdə bu sözü tez-tez eşitmək olur – könüllü. Qərb cəmiyyətində ixtisasından, peşəsindən asılı olmayaraq çox insan asudə vaxtlarında təmənnasız olaraq digərlərinə xidmət göstərir, hansısa ictimai işlərlə məşğul olur.

Azərbaycanda isə bu anlayış yaxın illərdə tətbiq olunmağa başlayıb. Könüllülük niyə önəmlidir, şəxsi inkişafa nə cür kömək edir, gənclər üçün könüllülük fəaliyyətinin üstünlükləri, cəmiyyət üçün faydası nədir? Bu kimi suallar və digər məsələlər bir neçə gün öncə Gəncədə keçirilən Azərbaycan Gənclərinin 1-ci Könüllülük Forumunda müzakirəyə çıxarılıb. Forum və ümumiyyətlə, bu fəaliyyət haqqında Azərbaycan Könüllüləri İctimai Birliyinin sədri İmaməddin Quliyevlə söhbət edirik:
– Könüllülük nədir və Azərbaycanda hansı sahələri əhatə edir? 
– Bu anlayış ölkəmizdə 2000-ci illərdə populyarlaşıb. Bizim təşkilatın yaranması da həmin dövrə təsadüf edir. Artıq hər kəsdə volontyorluq haqqında azacıq da olsa, məlumat var. Azərbaycanda könüllülüklə əsasən gənclər məşğuldur. Bu fəaliyyət gənclərə ictimai işlərdə təcrübə toplamağa imkan verir. Bəzi hallarda isə karyera imkanları da yaradır. Məsələn, dövlət orqanları arasında ilk dəfə olaraq ASAN xidmət mərkəzində könüllülər işlədi. Sonradan onlardan ən bacarıqlıları işə qəbul olundular.
Digər ölkələrdə isə könüllülük fəaliyyəti sırf gənclərlə bağlı deyil, cəmiyyətin bütün təbəqələrini əhatə edir. Orta yaşlı, hətta ahıl insanlar yardım edə biləcəkləri şəxslərə təmənnasız olaraq kömək edirlər, asudə vaxtlarında gedib qocalar evində, xəstəxanalarda ehtiyacı olanlara qulluq göstərirlər. Ekologiya, şəhər təmizliyi və digər sahələrdə də könüllülər işləyir.
Azərbaycanda hələlik gənclər hansısa qurumun daxilində könüllü kimi işləyir. Yalnız zəruri xərclərin (yemək, yol, nəqliyyat) müqabilində xidmət göstərirlər. Bu da hərtərəfli faydalıdır. Uzağa getməyək, elə “Eurovision” mahnı müsabiqəsində gənc könüllülərin təşkilat komitəsinə çox köməyi dəydi – qonaqlara bələdçilik etmək, onları gəzdirmək, şəhərlə tanış etmək, hotellərdə yerləşdirmək və s. Bəlkə də, dövlət üçün müxtəlif ölkələrdən gələn, müxtəlif dillərdə danışanların hamısına tərcüməçi təhkim etmək çətin olardı.
– Yəqin özünüz də könüllülükdən keçmisiniz?
– Mən Bakı Biznes Universitetini bitirmişəm. Amma elə birinci kursdan könüllü olmuşam. “İrəli” İB-nin tərkibində müxtəlif sosial layihələrdə xidmət göstərmişəm. Elə ilk işlərimdə bu fəaliyyətin əhəmiyyətini anladım. Başa düşdüm ki, universitet insana praktika vermir, müxtəlif bacarıqları aşılamır, yalnız konkret sahədə nəzəri bilikləri öyrədir. Könüllülük isə tələbəyə əlçatmaz görünən bir sıra işləri həyata keçirməyə imkan verir. Məsələn, ağlıma gəlməzdi ki, ikinci kursda oxuyanda hansısa millət vəkili ilə eyni debatlarda iştirak edə bilərəm. Bu, bir gənc kimi mənim üçün çox maraqlı idi. Ümumiyyətlə, könüllü olaraq bir çox layihələrdə iştirak etmişəm. 3 ildən sonra artıq maaşlı işə alındım.
– Heç belə gənclər olmurmu ki, təmənnasız işləməkdən imtina etsin? Axı, deyə bilərlər ki, niyə vaxtımı pulsuz işlərə sərf edim? 
– Mən belələrini ancaq və ancaq tənbəl adlandırardım. Axı, bu təcrübə toplamaq üçün ideal vasitədir. Avropada işə Moneygram online qəbul olmaq istəyən gəncin buna qədərki fəaliyyətinin 30 faizi könüllülüklə bağlı olur. İnsan könüllü olubsa, deməli, onun kütlə ilə işləmə təcrübəsi var. Yəni, karyerasını düşünənlər könüllü olmaqdan çəkinmir. Axı, hər şeyə birdən nail olmaq mümkün  deyil. Düzdür, təcrübəni iş yerində də qazanmaq olar. Amma bunu əvvəlcədən könüllü kimi də əldə etmək olar. Bəlkə də iş yerində bu təcrübə daha çətin və daha gec öyrənilə bilər. Qeyd edim ki, Azərbaycanda ictimai sektorda yüksəlməyi bacaran insanların əksəriyyəti məhz könüllülük fəaliyyətindən keçiblər.
– Gənclərin ilk forumunda maraqlı hansı hallar ortaya çıxdı? 
– Əvvəlcə onu deyim ki, forumun yeri – Gəncə təsadüfi seçilməmişdi. Bildiyiniz kimi, Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı olmağa namizəddir. Bununla da biz bir daha şəhərin adını Avropaya eşitdirmiş olduq.  İkinci məqam – toplantıda yalnız region gəncləri iştirak edirdi. 100 nəfər iştirakçı Gəncə sakinləri idi, ya da burada təhsil alan digər rayon sakinləri. Çünki paytaxtdan fərqli olaraq rayonlarda bu anlayış elə də çox yayılmayıb.
Forumda rəsmilərlə görüş paneli təqdim olundu. Burada millət vəkili Ceyhun Osmanlı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun nümayəndələri çıxış etdilər. Ümumiyyətlə, 4 gün ərzində gənclər qarşısında müxtəlif qonaqlar çıxış etdi. Təlimin daha praktik olması üçün Gəncədə fəaliyyət göstərən Sülh Korpusunun könüllülərini də Foruma dəvət etmişdik. Onlar öz təcrübələrini bölüşdülər, niyə könüllü olduqlarını danışdılar, xeyli sualları cavablandırdılar. Foruma həmçinin, əvvəllər könüllü olan və hazırda müxtəlif media qurumlarına rəhbərlik edən şəxsləri də dəvət etmişdik. Bu da könüllülüyün karyeraya necə kömək edə biləcəyinin bariz nümunəsi oldu.
Könüllülük Forumu “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq keçirildi. Burada gənclər arasında könüllülük fəaliyyətinin həvəsləndirilməsi ilə bağlı məsələ qoyulmuşdu. Buna görə də “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin, “İrəli” İctimai Birliyinin və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilati dəstəyi ilə Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən keçirildi.
– İndi forumun nəticələrinə nəzər salanda qarşıya qoyduğunuz məqsədlərə nə dərəcədə nail olunduğunu demək olar?
– Forum nəticəsində sosial şəbəkədə bir könüllülər qrupu yaratdıq. Artıq bir-birini tanımayan gənclər birləşib təşəbbüslərlə çıxış edirlər. Amma iştirakçılar üçün ən yaddaqalan məqam – onların özünün dərhal könüllü kimi işləməsi oldu. Belə ki, forumun ilk günü hamılıqla birlikdə Gəncədə 200 ağac əkdik. Bu, özü könüllü fəaliyyətinin nümunəsi, real nəticə oldu.
Gələcəkdə bu işi beynəlxalq səviyyəyə keçirməyi də planlaşdırırıq.
– Ümumiyyətlə, könüllülərin beynəlxalq şəbəkəsi varmı? 
– Şəbəkə deməzdim, amma iri beynəlxalq təşkilatlar nəzdində bu işi stimullaşdıran proqramlar mövcuddur. Məsələn, UNİCEF Könüllülük proqramı, BMT-nin Sülh Korpusu, Avropa Komissiyasının “Youth in action” (Gənclər fəaliyyətdə) xüsusi proqramı çərçivəsində Avropa Könüllülük Xidməti (EVS) fəaliyyət göstərir. Bu proqramın xətti ilə Avropa ölkələrindən Azərbaycana gələn xeyli könüllü var. Eynilə, bizim ölkədən də gedənlər olur.
Azərbaycanda bu şəbəkəni, bazanı yaratmaq üçün “İrəli” İB  ilə birlikdə “Könüllülük Akademiyası” layihəsinə başlamışıq. Proqram çərçivəsində könüllü olmaq istəyənlər www.volunteer.az saytında qeydiyyatdan keçir və  bu  xidmətlə tanış olurlar. Akademiya Azərbaycanda könüllülərin hazırlanması, gənclər arasında könüllülük fəaliyyətinin təbliği və könüllülərin iştirak edəcəyi layihələrin həyata keçirilməsini hədəfləyir. Yəni, bir növ könüllü gənclərin bazası yaradılır ki, gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün hazır namizədlərimiz olsun.
– Gənclərlə əlaqəli digər layihələriniz olacaqmı?
– İndiyə kimi təşkilatımızın Avropa Komissiyası, Gənclər və İdman Nazirliyi ilə müştərək tədbirləri çox olub. Yaxın vaxtlarda “Mənim Peşəm” festivalını təşkil edəcəyik. Axı son illər hər bir gənc ali təhsilə can atdığından, peşə təhsilinə qarşı bir biganəlik müşahidə olunur. Hətta deyərdim ki, müxtəlif peşə sahiblərinin qıtlığı hiss olunur. Biz bu festival çərçivəsində təlimlər keçirəcək, ekspertlərlə görüşlər təşkil edəcəyik. Yekunda açıq havada müxtəlif peşə sahibi fotoqraf, rəssam, dülgər, dərzi və s. olan gənclərin sərgisini təşkil edəcəyik ki, hərə öz bacarığını nümayiş etdirə bilsin.

Xarici ölkələrdə bu sözü tez-tez eşitmək olur – könüllü. Qərb cəmiyyətində ixtisasından, peşəsindən asılı olmayaraq çox insan asudə vaxtlarında təmənnasız olaraq digərlərinə xidmət göstərir, hansısa ictimai işlərlə məşğul olur.

Azərbaycanda isə bu anlayış yaxın illərdə tətbiq olunmağa başlayıb. Könüllülük niyə önəmlidir, şəxsi inkişafa nə cür kömək edir, gənclər üçün könüllülük fəaliyyətinin üstünlükləri, cəmiyyət üçün faydası nədir? Bu kimi suallar və digər məsələlər bir neçə gün öncə Gəncədə keçirilən Azərbaycan Gənclərinin 1-ci Könüllülük Forumunda müzakirəyə çıxarılıb. Forum və ümumiyyətlə, bu fəaliyyət haqqında Azərbaycan Könüllüləri İctimai Birliyinin sədri İmaməddin Quliyevlə söhbət edirik:
– Könüllülük nədir və Azərbaycanda hansı sahələri əhatə edir? 
– Bu anlayış ölkəmizdə 2000-ci illərdə populyarlaşıb. Bizim təşkilatın yaranması da həmin dövrə təsadüf edir. Artıq hər kəsdə volontyorluq haqqında azacıq da olsa, məlumat var. Azərbaycanda könüllülüklə əsasən gənclər məşğuldur. Bu fəaliyyət gənclərə ictimai işlərdə təcrübə toplamağa imkan verir. Bəzi hallarda isə karyera imkanları da yaradır. Məsələn, dövlət orqanları arasında ilk dəfə olaraq ASAN xidmət mərkəzində könüllülər işlədi. Sonradan onlardan ən bacarıqlıları işə qəbul olundular.
Digər ölkələrdə isə könüllülük fəaliyyəti sırf gənclərlə bağlı deyil, cəmiyyətin bütün təbəqələrini əhatə edir. Orta yaşlı, hətta ahıl insanlar yardım edə biləcəkləri şəxslərə təmənnasız olaraq kömək edirlər, asudə vaxtlarında gedib qocalar evində, xəstəxanalarda ehtiyacı olanlara qulluq göstərirlər. Ekologiya, şəhər təmizliyi və digər sahələrdə də könüllülər işləyir.
Azərbaycanda hələlik gənclər hansısa qurumun daxilində könüllü kimi işləyir. Yalnız zəruri xərclərin (yemək, yol, nəqliyyat) müqabilində xidmət göstərirlər. Bu da hərtərəfli faydalıdır. Uzağa getməyək, elə “Eurovision” mahnı müsabiqəsində gənc könüllülərin təşkilat komitəsinə çox köməyi dəydi – qonaqlara bələdçilik etmək, onları gəzdirmək, şəhərlə tanış etmək, hotellərdə yerləşdirmək və s. Bəlkə də, dövlət üçün müxtəlif ölkələrdən gələn, müxtəlif dillərdə danışanların hamısına tərcüməçi təhkim etmək çətin olardı.
– Yəqin özünüz də könüllülükdən keçmisiniz?
– Mən Bakı Biznes Universitetini bitirmişəm. Amma elə birinci kursdan könüllü olmuşam. “İrəli” İB-nin tərkibində müxtəlif sosial layihələrdə xidmət göstərmişəm. Elə ilk işlərimdə bu fəaliyyətin əhəmiyyətini anladım. Başa düşdüm ki, universitet insana praktika vermir, müxtəlif bacarıqları aşılamır, yalnız konkret sahədə nəzəri bilikləri öyrədir. Könüllülük isə tələbəyə əlçatmaz görünən bir sıra işləri həyata keçirməyə imkan verir. Məsələn, ağlıma gəlməzdi ki, ikinci kursda oxuyanda hansısa millət vəkili ilə eyni debatlarda iştirak edə bilərəm. Bu, bir gənc kimi mənim üçün çox maraqlı idi. Ümumiyyətlə, könüllü olaraq bir çox layihələrdə iştirak etmişəm. 3 ildən sonra artıq maaşlı işə alındım.
– Heç belə gənclər olmurmu ki, təmənnasız işləməkdən imtina etsin? Axı, deyə bilərlər ki, niyə vaxtımı pulsuz işlərə sərf edim? 
– Mən belələrini ancaq və ancaq tənbəl adlandırardım. Axı, bu təcrübə toplamaq üçün ideal vasitədir. Avropada işə qəbul olmaq istəyən gəncin buna qədərki fəaliyyətinin 30 faizi könüllülüklə bağlı olur. İnsan könüllü olubsa, deməli, onun kütlə ilə işləmə təcrübəsi var. Yəni, karyerasını düşünənlər könüllü olmaqdan çəkinmir. Axı, hər şeyə birdən nail olmaq mümkün  deyil. Düzdür, təcrübəni iş yerində də qazanmaq olar. Amma bunu əvvəlcədən könüllü kimi də əldə etmək olar. Bəlkə də iş yerində bu təcrübə daha çətin və daha gec öyrənilə bilər. Qeyd edim ki, Azərbaycanda ictimai sektorda yüksəlməyi bacaran insanların əksəriyyəti məhz könüllülük fəaliyyətindən keçiblər.
– Gənclərin ilk forumunda maraqlı hansı hallar ortaya çıxdı? 
– Əvvəlcə onu deyim ki, forumun yeri – Gəncə təsadüfi seçilməmişdi. Bildiyiniz kimi, Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı olmağa namizəddir. Bununla da biz bir daha şəhərin adını Avropaya eşitdirmiş olduq.  İkinci məqam – toplantıda yalnız region gəncləri iştirak edirdi. 100 nəfər iştirakçı Gəncə sakinləri idi, ya da burada təhsil alan digər rayon sakinləri. Çünki paytaxtdan fərqli olaraq rayonlarda bu anlayış elə də çox yayılmayıb.
Forumda rəsmilərlə görüş paneli təqdim olundu. Burada millət vəkili Ceyhun Osmanlı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun nümayəndələri çıxış etdilər. Ümumiyyətlə, 4 gün ərzində gənclər qarşısında müxtəlif qonaqlar çıxış etdi. Təlimin daha praktik olması üçün Gəncədə fəaliyyət göstərən Sülh Korpusunun könüllülərini də Foruma dəvət etmişdik. Onlar öz təcrübələrini bölüşdülər, niyə könüllü olduqlarını danışdılar, xeyli sualları cavablandırdılar. Foruma həmçinin, əvvəllər könüllü olan və hazırda müxtəlif media qurumlarına rəhbərlik edən şəxsləri də dəvət etmişdik. Bu da könüllülüyün karyeraya necə kömək edə biləcəyinin bariz nümunəsi oldu.
Könüllülük Forumu “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq keçirildi. Burada gənclər arasında könüllülük fəaliyyətinin həvəsləndirilməsi ilə bağlı məsələ qoyulmuşdu. Buna görə də “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin, “İrəli” İctimai Birliyinin və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilati dəstəyi ilə Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən keçirildi.
– İndi forumun nəticələrinə nəzər salanda qarşıya qoyduğunuz məqsədlərə nə dərəcədə nail olunduğunu demək olar?
– Forum nəticəsində sosial şəbəkədə bir könüllülər qrupu yaratdıq. Artıq bir-birini tanımayan gənclər birləşib təşəbbüslərlə çıxış edirlər. Amma iştirakçılar üçün ən yaddaqalan məqam – onların özünün dərhal könüllü kimi işləməsi oldu. Belə ki, forumun ilk günü hamılıqla birlikdə Gəncədə 200 ağac əkdik. Bu, özü könüllü fəaliyyətinin nümunəsi, real nəticə oldu.
Gələcəkdə bu işi beynəlxalq səviyyəyə keçirməyi də planlaşdırırıq.
– Ümumiyyətlə, könüllülərin beynəlxalq şəbəkəsi varmı? 
– Şəbəkə deməzdim, amma iri beynəlxalq təşkilatlar nəzdində bu işi stimullaşdıran proqramlar mövcuddur. Məsələn, UNİCEF Könüllülük proqramı, BMT-nin Sülh Korpusu, Avropa Komissiyasının “Youth in action” (Gənclər fəaliyyətdə) xüsusi proqramı çərçivəsində Avropa Könüllülük Xidməti (EVS) fəaliyyət göstərir. Bu proqramın xətti ilə Avropa ölkələrindən Azərbaycana gələn xeyli könüllü var. Eynilə, bizim ölkədən də gedənlər olur.
Azərbaycanda bu şəbəkəni, bazanı yaratmaq üçün “İrəli” İB  ilə birlikdə “Könüllülük Akademiyası” layihəsinə başlamışıq. Proqram çərçivəsində könüllü olmaq istəyənlər www.volunteer.az saytında qeydiyyatdan keçir və  bu  xidmətlə tanış olurlar. Akademiya Azərbaycanda könüllülərin hazırlanması, gənclər arasında könüllülük fəaliyyətinin təbliği və könüllülərin iştirak edəcəyi layihələrin həyata keçirilməsini hədəfləyir. Yəni, bir növ könüllü gənclərin bazası yaradılır ki, gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün hazır namizədlərimiz olsun.
– Gənclərlə əlaqəli digər layihələriniz olacaqmı?
– İndiyə kimi təşkilatımızın Avropa Komissiyası, Gənclər və İdman Nazirliyi ilə müştərək tədbirləri çox olub. Yaxın vaxtlarda “Mənim Peşəm” festivalını təşkil edəcəyik. Axı son illər hər bir gənc ali təhsilə can atdığından, peşə təhsilinə qarşı bir biganəlik müşahidə olunur. Hətta deyərdim ki, müxtəlif peşə sahiblərinin qıtlığı hiss olunur. Biz bu festival çərçivəsində təlimlər keçirəcək, ekspertlərlə görüşlər təşkil edəcəyik. Yekunda açıq havada müxtəlif peşə sahibi fotoqraf, rəssam, dülgər, dərzi və s. olan gənclərin sərgisini təşkil edəcəyik ki, hərə öz bacarığını nümayiş etdirə bilsin.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir