“AKİB” Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessada keçirilən 3-cü forumunda təmsil olunmuşdur.“AKİB” Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessada keçirilən 3-cü forumunda təmsil olunmuşdur.

20 – 21 May 2013-cü il tarixlərində Azərbaycan hökümətinin, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin, Azərbayacan Respublikası   Dövlət Neft şirkətinin Ukraynadakı nümayəndəliyinin, Azərbaycan Gənclər Fondunun və  Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) dəstəyi ilə Odessa şəhərində Ukraynada və Şərqi Avropa ölkələrində təhsil alan azərbaycanlı gənclərin III forumu keçirilmişdir.

İki gün davam edən forumda Azərbaycan, Ukrayna və  Avropanın 15 ölkəsindən 400 gənc və eyni zamanda Ukrayna, Azərbaycan və Avropa  ölkələrindən olan gənclər, Azərbaycan və Ukraynanın yüksək dövlət məmurları, millət vəkilləri, QHT rəhbərləri, özəl sektor və media qurumların təmsilçiləri iştirak ediblər.

21 may 2013 – cü il tarixində Odessanın “Bristol” mehmanxanasının konfrans salonunda Azərbaycanın və Ukraynanın gənclər təşkilatlarının görüşü olmuşdur və gənclər təşkilatlarının nümayəndələri öz təşkilatları haqqında təqdimat keçirmişlər. Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev də həmin görüşdə forum iştirakçılarına Azərbaycan Könüllülər İctimai Birliyinin fəaliyyəti, məqsədi və  gələcək planları haqqında məlumat vermişdir.

 Forumun keçirilməsində əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifə və tapşırıqların yerinə yetirilməsinə Ukraynada nail olmaqdır. Forumun gedişatında Ukraynada təhsil alan və məzun olmuş gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilinin təmin edilməsi, şəbəkələşmə prosesinin gücləndirilməsi, informasiya mübadiləsi, təbliğat işinin interaktiv həyata keçirilməsi kimi məsələlərdə gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və bu problemlərin  operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda Ukrayna-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdan ibarət idi.

20 – 21 May 2013-cü il tarixlərində Azərbaycan hökümətinin, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin, Azərbayacan Respublikası   Dövlət Neft şirkətinin Ukraynadakı nümayəndəliyinin, Azərbaycan Gənclər Fondunun və  Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) dəstəyi ilə Odessa şəhərində Ukraynada və Şərqi Avropa ölkələrində təhsil alan azərbaycanlı gənclərin III forumu keçirilmişdir.

İki gün davam edəcək forumda Azərbaycan, Ukrayna və  Avropanın 15 ölkəsindən 400 gənc və eyni zamanda Ukrayna, Azərbaycan və Avropa  ölkələrindən olan gənclər, Azərbaycan və Ukraynanın yüksək dövlət məmurları, millət vəkilləri, QHT rəhbərləri, özəl sektor və media qurumların təmsilçiləri iştirak ediblər.

21 may 2013 – cü il tarixində Odessanın “Bristol” mehmanxanasının konfrans salonunda Azərbaycanın və Ukraynanın gənclər təşkilatlarının görüşü olmuşdur və gənclər təşkilatlarının nümayəndələri öz təşkilatları haqqında təqdimat keçirmişlər. Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev də həmin görüşdə forum iştirakçılarına Azərbaycan Könüllülər İctimai Birliyinin fəaliyyəti, məqsədi və  gələcək planları haqqında məlumat vermişdir.

 Forumun keçirilməsində əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifə və tapşırıqların yerinə yetirilməsinə Ukraynada nail olmaqdır. Forumun gedişatında Ukraynada təhsil alan və məzun olmuş gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilinin təmin edilməsi, şəbəkələşmə prosesinin gücləndirilməsi, informasiya mübadiləsi, təbliğat işinin interaktiv həyata keçirilməsi kimi məsələlərdə gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və bu problemlərin  operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda Ukrayna-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdan ibarət idi.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.