“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Könüllülər İctimai Birliyi “Gənc liderlərin şəbəkələşmə bacarıqlarının artırılması” adlı yeni bir layihəyə başlayır

Layihənin məqsədi Azərbaycanın 10 regionunda 120 gənc liderin şəbəkələşmə bacarıqlarını artırmaqla onların arasında uzunmüddətli şəbəkələrin qurulması və bu yolla onların birgə fəaliyyətə ruhlandırılmasıdır.

 Layihənin fəaliyyəti Azərbaycanın Şəki, Zaqatala, İsmayıllı, Mingəçevir, İmişli, Şirvan, Gəncə, Qazax, Gədəbəy və Sumqayıt şəhərlərini əhatə edəcəkdir. Müddəti 12 ay olacaq layihə çərçivəsində gənc liderlərin şəbəkələşmə bacarıqlarını artırmaqla onların arasında uzunmüddətli şəbəkələrin qurulması üzrə təlim – seminarlar keçiriləcək, müzakirələr aparılacaqdır. Layihə çərçivəsində zonal təlimlər yekunlaşdıqdan sonra təlim iştirakçıları üçün düşərgələr keçiriləcək. Bu düşərgələrin sayının 4 olması planlaşdırlır.
Layihənin sonuncu mərhələsində isə layihə iştirakçıları üçün “Gənc Liderlər üçün Yaz Universiteti” keçiriləcəkdir.
Qeyd etmək istərdik ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və “Counterpart International” təşkilatı tərəfindən dəstəklənir.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmiş və ilə etiketlənmişdir. Daimi bağlantını seçilmişlərə əlavə dein.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir