İzmir şəhərində 11-ci Beynəlxalq Türk Dili Olimpiadası və sərgisi keçirilibİzmir şəhərində 11-ci Beynəlxalq Türk Dili Olimpiadası və sərgisi keçirilib

Türkiyənin İzmir şəhərində Beynəlxalq Türk dili Öyrətim Dərnəyi və İzmir Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən 11-ci Beynəlxalq Türk Dili Olimpiadası və sərgisi keçirilib. Bu möhtəşəm tədbirə Azərbaycandan 500-dən çox nümayəndə qatılıb.

Tədbirdə Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev də iştriak edib.

Türk dili, eyni zamanda, türk dilləri qrupuna daxil olan dillərin dünyada tanınması, öyrədilməsi və yayılması məqsədi daşıyan olimpiadaların təməli 11 il əvvəl 17 ölkədən 62 şagirdin iştirakı ilə qoyulub. Mayın 24-də start verilən builki tədbirdə isə 140 ölkədən 2 min şagird iştirak edib. Müxtəlif ölkələrdən olan nümayəndələr Atatürk adına İzmir Sərgi, Açıq Hava Teatrında adət-ənənələrini, milli geyimlərini, mətbəxlərini, tarixi abidələrini və s. nümayiş etdirməklə yanaşı, türk dilində şeirlər deyir, rəngarəng rəqslər edir, mahnılar oxuyurlar.

İzmir Fuar Mərkəzində təşkil olunan sərgidə Azərbaycan guşəsi yaradılıb və  sərgidə ən böyük pavilyon Azərbaycan məxsus idi. Tarixi interyerdə qurulan və real qala divarlarını xatırladan stendin yuxarı hissəsində xüsusi vasitə ilə dalğalanan Azərbaycan Bayrağı qürurverici idi. Stenddə ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin rəsmləri diqqət çəkirdi. Minlərlə tamaşaçı stenddə yer alan Qız qalası, “Möminə Xatun” türbəsi, İçərişəhər, “Nizami” türbəsi, “Qoşa Qala” qapıları, Yəhya Bakuvi türbəsinin maketlərinə maraqla baxır, ölkəmizi təmsil edən milli geyimli qız və oğlanlar ilə şəkil çəkdirir, səmimi söhbət edirdilər.

Bundan əlavə, milli stenddə 3 gün ərzində 50 min Azərbaycan Bayrağı, üzərində Azərbaycan sözü yazılmış və dövlətimizin xəritəsi əks olunan 50 min şar və bir o qədər də yelpik, 20 min təbliğat xarakterli broşur, 50 min banka qoz mürəbbəsi, milli mətbəximizdən 20 min paxlava və bir o qədər də şəkərbura sərgini izləyənlərə paylanılıb.

Mayın 25-də İzmir Fuar Mərkəzi Atatürk adına Açıq Hava Amfiteatrında Azərbaycan gecəsi keçirildi. Tədbirdə 11-ci Beynəlxalq Türk Dili Olimpiadasında iştirak edən Azərbaycan nümayəndə heyəti – dövlət məmurları, tələbə və şagirdlər, gənclər təşkilatlarının nümayəndələri eyni zamanda Azərbaycanı 70-dən çox aparıcı KİV-lərin nümayəndələri də qatıldılar. Ölkəmizin gənc ifaçıları Azərbaycan və Türkiyə dostluğuna və qardaşlığına aid mahnılar oxudular, milli rəqslər nümayiş etdirdilər. Somalili tələbə Əhmədin Azərbaycan dilində gözəl oxuduğu “Əziz dostum” mahnısı iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Bu yazı Xəbərlər kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.