Haqqımızda

“Azərbaycan Könüllülər” İctimai Birliyi (AKİB)

2000-ci ilin noyabr ayında yaradılmış qeyri-hökumət təşkilatıdır. Təşkilat bir neçə universitet tələbəsinin və gənclərin könüllü təşəbbüsü ilə təsis olunmuşdur.
AKİB 2003-cü il avqustun 29-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdır.


Biz artıq 25 ildir ki, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi və ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək, bu istiqamətdə könüllülük hərəkatının fəaliyyətini genişləndirmək və gənclərin beynəlxalq inteqrasiyasını təmin etmək məqsədilə beynəlxalq əməkdaşlığı gücləndirmək üçün yorulmadan çalışırıq.

Thumb Thumb

Missiyamız

AKİB olaraq məqsədimiz vətəndaş cəmiyyətinin inkişafına dəstək vermək, sosial, iqtisadi, ekoloji problemlərin həllinə töhfə vermək, könüllülük hərəkatının fəaliyyətini genişləndirmək və gənclərin beynəlxalq inteqrasiyasını təmin etməkdir.

Gənclərin könüllü fəaliyyətə marağını artırmaq, istedadlı və yaradıcı gənclərin iştirakını təmin edərək könüllülük hərəkatına rəng qatmaq üçün mütəmadi olaraq müxtəlif layihələr həyata keçiririk. Biz könüllülüyü yalnız beynəlxalq səviyyəli tədbirlərin təşkili ilə məhdudlaşdırmır, həm də yerli icmaların inkişafı, ekoloji, sosial və digər aktual problemlərin həllində birgə fəaliyyətin vacibliyini vurğulayırıq. Yeniyetmə və gənclərin könüllülük haqqında məlumatlandırılması və biliklərinin artırılması olduqca zəruridir. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.

Keçirdiyimiz maarifləndirici layihələrdə müşahidə edirik ki, gənclər ekoloji problemlər və onların həlli yolları, eləcə də bu sahədə həyata keçirilən dövlət proqramları barədə kifayət qədər məlumatlı deyillər. Bu səbəbdən qeyd olunan sahədə könüllülük fəaliyyətini genişləndirmək və regionlarda yaşayan yüzlərlə gəncin iştirakını təmin etmək məqsədilə ekoloji layihələr və proqramlar həyata keçirməyi hədəfləyirik.

Avropa Şurasının qərarı ilə Azərbaycan Könüllülər İctimai Birliyi 2005-ci ilin nəticələrinə əsasən Avropa Gənclər Mükafatı (European Youth Award) ilə təltif olunaraq Avropada ilin gənclər təşkilatı seçilmişdir. Həmçinin, “2 fevral – Gənclər Günü” münasibətilə 2013-cü ildə uğurlu fəaliyyətinə görə mükafatlandırılmışdır.

Komandamız

İmaməddin Quliyev

İmaməddin Quliyev

Prezident
Nahid Quliyev

Nahid Quliyev

Vitse-Prezident
Səba Qafarlı

Səba Qafarlı

İdarə Heyətinin üzvü
Ülviyyə Abasova

Ülviyyə Abasova

İdarə Heyətinin üzvü
Həsən Həsənli

Həsən Həsənli

İdarə Heyətinin üzvü