“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə start verilir.

Tarix: 07.07.2026

“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə start verilir.

Azərbaycan Könüllülər İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə start verir.

Layihənin məqsədi

Layihənin məqsədi gənclərin yol hərəkəti qaydaları üzrə bilik və bacarıqlarını artırmaq, təhlükəsiz, məsuliyyətli və ekoloji davranış vərdişlərini formalaşdırmaq, eyni zamanda dayanıqlı şəhər mobilliyi və mikromobillik barədə maarifləndirməni gücləndirməkdir.

Layihə çərçivəsində

  • 25–26 iyul 2026-cı il tarixlərində Bakı şəhərində 50-yə yaxın gənc və könüllü üçün təlimlər keçiriləcək;
  • Yol hərəkəti qaydaları, yol nişanları, təhlükəsiz hərəkət, ictimai davranış, ekoloji məsuliyyət, mikromobillik və dayanıqlı şəhər mobilliyi mövzularında interaktiv görüşlər və praktiki məşğələlər təşkil olunacaq;
  • Velosipeddən təhlükəsiz istifadənin və velosiped zolaqlarının təyinatına uyğun istifadəsinin əhəmiyyəti barədə iştirakçılar məlumatlandırılacaq;
  • Tıxacların azaldılması, sağlam həyat tərzinin təşviqi və "yaşıl" nəqliyyat vasitələrinin istifadəsinin təşviqi məqsədilə veloyürüş keçiriləcək;
  • Layihə çərçivəsində 2–3 dəqiqəlik maarifləndirici videoçarx hazırlanacaq. Videoçarxda şəhər mühitində təhlükəsiz və məsuliyyətli hərəkət nümunələri, velosiped zolaqlarından düzgün istifadə və ekoloji davranış qaydaları əks olunacaq.

Kimlər müraciət edə bilər?

Yol təhlükəsizliyi, könüllülük, ekoloji məsuliyyət və dayanıqlı şəhər mobilliyi sahələrinə maraq göstərən 18–35 yaş arası gənclər layihədə iştirak üçün müraciət edə bilərlər.

Qeydiyyat:

Layihədə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərlər.

Seçim nəticələri müraciət edənlərə e-mail və ya telefon vasitəsilə bildiriləcəkdir.

Müraciət üçün son tarix: 20 iyul 2026-ci il saat 18:00

Ərizə forması: https://forms.gle/tEbfXbULi9whCwiGA  

Əlaqə vasitəsi: [email protected]