“Könüllülərin Zəfəri” layihəsi çərçivəsində gənclərə həsr olunmuş klip təqdim olundu
06 dekabr 2021-ci il tarixində “Cinema Plus”da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülərin Zəfəri” layihəsi çərçivəsində “Könüllülərin Zəfəri” klipinin təqdimatı keçirilib.
Klip 44 günlük Vətən Müharibəsində iştirak etmiş könüllü gənclərin fəaliyyətinə və 5 dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunub. Əsas mesaj – könüllü olmaq və könüllülərin iştirakı ilə tariximizə qızıl hərflərlə yazılmış anların musiqili klip vasitəsilə gənclərə çatdırılmasıdır. Klip həmçinin könüllülərin Vətənə və dövlətə sevgi ilə xidmətindən bəhs edir.
Klipi izləyə bilərsiniz: Video
Klipin ərsəyə gəlməsində əməyi keçənlər:
Layihə rəhbəri: İmaməddin Quliyev
Musiqi: Bəbir və Ülviyyə Bəbirli
Sözlər: Səba Qafarlı
Aranjiman: Bəbir Bəbirli
Gənc ifaçılar:
Fərid Hüseynli
Amir Paşayev
Əmrah Musayev
Leyla Tağıyeva
Firuzə Məmmədova
Rejissor: Orxan Əsgərov
Operator: Cavid Yaqubov
Montaj və rəng korreksiyası: Dmitriy Ponomaryov
Təqdimat mərasimində layihədə iştirak edən könüllülərə sertifikatlar və hədiyyələr təqdim olunub. Çıxış edən layihə rəhbəri, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev bildirib ki, layihənin əsas məqsədi gənclərin könüllülük hərəkatına marağını artırmaq, milli vətənpərvərlik və Vətənə sədaqət ruhunda tərbiyə olunmasına töhfə vermək, həmçinin onların bu istiqamətdə həyata keçirilən layihələrdə fəal iştirakını təmin etməkdir.