“Smart youth for Smart Cities” adlı beynəlxalq layihə icra olunur
Avropa Birliyinin Erasmus+KA1 mübadilə proqramı çərçivəsində, Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilati dəstəyi ilə “Smart youth for smart cities” adlı beynəlxalq layihə həyata keçirilib.
Layihədə Azərbaycan, Estoniya, Gürcüstan, Fransa, İtaliya, Polşa, Niderland və Türkiyədən ümumilikdə 32 nəfər QHT rəhbəri və üzvü iştirak edib.
28 may 2023-cü il tarixinədək davam edən layihənin məqsədi gənclərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində iştirakını təşviq etmək, ağıllı şəhər ideyalarını araşdırmaq və onların təbliği üçün müasir vasitələrdən istifadə bacarıqlarını inkişaf etdirmək olub.
Tədbir müddətində qeyri-formal təhsil metodları tətbiq olunaraq iştirakçılara DİM-lərlə bağlı biliklər verilib, az imkanlı gənclərin bacarıqlarının inkişaf etdirilməsi, eləcə də Avropa Birliyi və tərəfdaş ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Layihə çərçivəsində həmçinin iştirakçı ölkələrin mətbəxi, milli musiqi və rəqs nümunələri nümayiş olunub.