Ümumdünya Təmizlik günü münasibətilə könüllülərin iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçirildi.

Tarix: 06.09.2025

Ümumdünya Təmizlik günü münasibətilə könüllülərin iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçirildi.

Pirşağı çimərliyində keçirilən ekoloji aksiyada 2 tona yaxın tullantı toplanıb

Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən YUNESKO-nun dəstəyi ilə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində 21 sentyabr 2019-cu ildə “Ümumdünya Təmizlik günü” münasibətilə sahilyanı təmizlik kampaniyası təşkil olunub.

“Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi ilə keçirilən tədbirdə 250-dən çox könüllü iştirak edib və Sabunçu rayonu Pirşağı çimərliyində 2 tona yaxın məişət tullantısı toplanaraq utilizasiya edilib.

Kampaniyanın məqsədi ekoloji problemlərin həllinə ictimai dəstəyi gücləndirmək, BMT-nin Ətraf Mühit Proqramı modelini ölkədə tətbiq etməklə qısa müddətdə müsbət dəyişikliklərə nail olmaq və əhalinin ekoloji savadlılığını artırmaqdır. Bu təşəbbüs, həmçinin “Milli Təmizlik Günü”nün formalaşdırılması və onun bütün sosial təbəqələr arasında ənənəvi hərəkat şəklində yayılması istiqamətində mühüm addım hesab olunur.

Aksiyaya Sabunçu Rayon İcra Hakimiyyəti, “Təmiz Şəhər” ASC, SOCAR KBR, “Let’s do it Azerbaijan” təşkilatı, Azərbaycan Turizm və Menecment Universiteti, AIESEC Azərbaycan və “TOYOTA Azərbaycan” şirkəti də dəstək göstərib.

Layihə çərçivəsində, hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Forum, eləcə də 30 nəfər könüllü üçün Təlimçilər üçün Təlim (TOT) seminarı təşkil olunub. Görüşlərdə plastik tullantıların insan sağlamlığına və ətraf mühitə mənfi təsirləri, onların azaldılması və alternativ praktiki həll yolları müzakirə olunub.

Tədbirin video materiallarına bu keçidlərdən baxmaq mümkündür:
Video: https://youtu.be/p2c2QTPxMg4
Yükləmək üçün: WeTransfer linki